"Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir FOTO


Digərləri 26 Avq 2025 09:30:00 64 0

"Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir  FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən "Gənclərin biznes emalatxanası" layihəsinin iştirakçılarına aktivlərin verilməsi davam etdirilir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu layihə çərçivəsində biznes təlimləri uğurla başa vuraraq, avadanlıqlarla təmin olunublar. Onlar un məmulatlarının istehsalı, dərzi, poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrə fəaliyyət göstərəcəklər. Artıq məzunlardan biri un məmulatları istehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev "Gənclərin biznes emalatxanası" layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə layihə ilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıq fəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. KOBİA nümayəndələri həmçinin, "Gənclərin biznes emalatxanası" layihəsindən yararlanmış gəncin təsis etdiyi "Gülüm" Şirniyyat Evinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, "Gənclərin biznes emalatxanası" layihəsinə 2021-ci ildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlı məşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı, Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa, Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsili məktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilib.

KOBİA nümayəndələri həmçinin, Agentliyin dəstəyi ilə ixraca başlamış Qəbələnin Tüntül kəndində fəaliyyət göstərən mebel və qapı istehsalı müəssisəsində olub. Müəssisəni ziyarət zamanı sahibkarla biznesin inkişafı və ixrac imkanlarının genişləndirilməsində dövlət dəstəyinin rolu barədə fikir mübadiləsi də aparılıb.

Azərbaycanda bu valyutalar like
  • 26 Avq 09:23  
Digərləri Azərbaycanda bu valyutalar

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
“Dənizə paltarla girdim ki, "vedrə bağlamayasınız”" like
  • 26 Avq 09:15  
Şou-biznes “Dənizə paltarla girdim ki, "vedrə bağlamayasınız”"

Müğənni Afət Fərmanqızı yay tətilindən maraqlı görüntülərini izlə

arrow Ətraflı
Bakının bu əraziləri qazsız qalacaq like
  • 26 Avq 09:06  
Digərləri Bakının bu əraziləri qazsız qalacaq

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəki

arrow Ətraflı
DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı like
  • 26 Avq 08:58  
Kriminal DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin - biri

arrow Ətraflı
Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluğu necə düzəltmək olar? like
  • 26 Avq 08:48  
Digərləri Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluğu necə düzəltmək olar?

"Tədqiqatlar göstərir ki, Diqqət əskikliyi və hiperaktiv pozğunluğu

arrow Ətraflı
Boşanan kişinin avtomobilinə yazdığı sözlər gündəm oldu – sürücülərdən bunu istədi like
  • 26 Avq 08:12  
Digərləri Boşanan kişinin avtomobilinə yazdığı sözlər gündəm oldu – sürücülərdən bunu istədi

Türkiyənin İzmir şəhərinin küçələrində qeyri-adi bir hadisə yaşanı

arrow Ətraflı
Gəlin toydan sonra ərini qarət edib QAÇDI like
  • 26 Avq 08:08  
Digərləri Gəlin toydan sonra ərini qarət edib QAÇDI

Hindistanın Uttar-Pradeş ştatında qadın toydan sonra ərinin qızılını,

arrow Ətraflı
Mağaza sahibindən maraqlı addım  həmin müştərilərə bir çörəyi pulsuz verəcək like
  • 26 Avq 07:37  
Digərləri Mağaza sahibindən maraqlı addım həmin müştərilərə bir çörəyi pulsuz verəcək

Türkiyənin Eskişehir vilayətində xırda pul çatışmazlığı yaşayan bir

arrow Ətraflı
Nadir QAZ12 ZİM sedanı satışa çıxarıldı like
  • 26 Avq 07:07  
Digərləri Nadir QAZ12 ZİM sedanı satışa çıxarıldı

Moskvada 1956-cı il istehsalı olan nadir QAZ-12 ZİM sedanı satışa çıxar�

arrow Ətraflı
Telefon danışıqlarını uzaqdan dinləmənin like
  • 26 Avq 06:36  
Digərləri Telefon danışıqlarını uzaqdan dinləmənin

Pensilvaniya Universitetinin əməkdaşları telefon danışıqlarını uzaqdan

arrow Ətraflı
Milyonçular və liderlər like
  • 26 Avq 06:06  
Digərləri Milyonçular və liderlər

Bir çox insan doğum tarixinin insanın xarakterinə və maliyyə uğurlarına

arrow Ətraflı
Gündə bir dəfə bunu etsəniz like
  • 26 Avq 04:04  
Digərləri Gündə bir dəfə bunu etsəniz

Artıq çəki atmaq üçün həftələrlə, aylarla pəhriz saxlam kifayət deyi

arrow Ətraflı
Türkiyəli aktrisanın özündən gözəl qızı SEVGİLİSİ İLƏ like
  • 26 Avq 03:03  
Şou-biznes Türkiyəli aktrisanın özündən gözəl qızı SEVGİLİSİ İLƏ

Türkiyəli aktrisa Defne Samyelinin qızı Derin Talu şəxsi həyatı ilə g�

arrow Ətraflı
Pomidorları belə marinad edəndə qabığı like
  • 26 Avq 02:02  
Digərləri Pomidorları belə marinad edəndə qabığı

Marinad zamanı pomidor qabığının çatlaması onların həm dadını, həm d

arrow Ətraflı
Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə VIDEO paylaşıb like
  • 26 Avq 01:24  
Siyasət Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə VIDEO paylaşıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün sosial media

arrow Ətraflı