Kamaləddin Qafarov: “Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”


Digərləri 25 Avq 2025 14:55:00 69 0

Kamaləddin Qafarov: “Azərbaycan, Türkmənistan və Özbəkistan  üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”

"Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf  etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk  Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə,  Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim  diqqət mərkəzində saxlayır. "Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib." 

K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: " Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə  ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və  Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq."


Xəbərə aid fotolar

Əlizadənin İrəvan konserti like
  • 25 Avq 14:47  
Şou-biznes Əlizadənin İrəvan konserti

İran əsilli niderlandlı məşhur müğənni, Sevdaliza kimi tanınan Sevda Ə

arrow Ətraflı
Çayda batan 2 qardaş və əmilərinin like
  • 25 Avq 14:46  
Digərləri Çayda batan 2 qardaş və əmilərinin

Ötən gün Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən h

arrow Ətraflı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar like
  • 25 Avq 14:39  
Siyasət Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasını

arrow Ətraflı
Xameneidən aranı qarışdıracaq like
  • 25 Avq 14:37  
Digərləri Xameneidən aranı qarışdıracaq

İranın Ali Rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlar məsələsinin həll

arrow Ətraflı
Qonşu ölkədə 6.3 bal zəlzələ oldu like
  • 25 Avq 14:34  
Dünya Qonşu ölkədə 6.3 bal zəlzələ oldu

Rusiyanın Kuril adaları sahilində 6.3 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
Paşinyan Bakı ilə razılaşmadan DANIŞDI like
  • 25 Avq 14:27  
Digərləri Paşinyan Bakı ilə razılaşmadan DANIŞDI

Ermənistan ilk dəfə olaraq, beynəlxalq hadisələrə uyğunlaşmağa başlay

arrow Ətraflı
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş şəxs: Gorus tərəfdən like
  • 25 Avq 14:26  
Kriminal Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş şəxs: Gorus tərəfdən

Avqustun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

arrow Ətraflı
13 il əvvəl bağında kəsdiyi ağaca görə 265 min manat cərimələndi like
  • 25 Avq 14:17  
Dünya 13 il əvvəl bağında kəsdiyi ağaca görə 265 min manat cərimələndi

Britaniyanın Nyuport şəhərində 13 il əvvəl bağında 100 illik cökə ağ

arrow Ətraflı
Paşinyan ölkə XİNi "fəth etməyə" başladı like
  • 25 Avq 14:02  
Digərləri Paşinyan ölkə XİNi "fəth etməyə" başladı

Ermənistansın Cənubi Zəngəzur (Sünik) vilayətinin Qafan şəhərində, za

arrow Ətraflı
Lavrov buna görə Alyaskaya “СССР” yazılı köynəklə gedib like
  • 25 Avq 13:48  
Dünya Lavrov buna görə Alyaskaya “СССР” yazılı köynəklə gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskadakı sammitdən əvvəl A

arrow Ətraflı
Azərbaycanda aylıq pensiyaların orta məbləği ARTIRILDI like
  • 25 Avq 13:40  
Digərləri Azərbaycanda aylıq pensiyaların orta məbləği ARTIRILDI

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103.3

arrow Ətraflı
Türkiyənin premium televiziya platforması “Digiturk” artıq “CityNet TV”də like
  • 25 Avq 13:39  
Digərləri Türkiyənin premium televiziya platforması “Digiturk” artıq “CityNet TV”də

"CityNet TV" izləyicilərinə təqdim etdiyi məzmun çeşidini daha

arrow Ətraflı
Tolikin VİLLASI like
  • 25 Avq 13:20  
Şou-biznes Tolikin VİLLASI

Aparıcı, prodüser Tarix Əliyev (Tolik) dəbdəbəli bağı evinin həyətind

arrow Ətraflı
Zelenski hədəfdə: “Zalujnı əməliyyatı” başlayır like
  • 25 Avq 13:07  
Dünya Zelenski hədəfdə: “Zalujnı əməliyyatı” başlayır

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Taleh Kazımov Gülzar Tahirovaya yüksək VƏZİFƏ VERDİ like
  • 25 Avq 13:06  
Digərləri Taleh Kazımov Gülzar Tahirovaya yüksək VƏZİFƏ VERDİ

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təy

arrow Ətraflı