Türkiyənin premium televiziya platforması “Digiturk” artıq “CityNet TV”də
Digərləri 25 Avq 2025 13:39:00 78 0
"CityNet TV" izləyicilərinə təqdim etdiyi məzmun çeşidini daha da zənginləşdirərək, dünyanın aparıcı media nəhəngi "BeIN Media Group" ilə əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq nəticəsində "CityNet TV" istifadəçiləri Türkiyənin premium televiziya platforması "Digiturk"ün təqdim etdiyi zəngin məzmunu izləyə biləcəklər.
Bu xəbəri də oxu: Bakıda gözəllik salonunda ÖLÜM
Yeni "Digiturk" paketi çərçivəsində idman həvəskarları "BeIN Sports International", "BeIN Sports 2", "BeIN Sports 3", "BeIN Sports 4" kanallarında Türkiyə Super Liqasının matçları da daxil olmaqla bir çox futbol qarşılaşmalarına yüksək keyfiyyətdə baxa biləcəklər. Əyləncə və kino həvəskarları üçün isə xüsusi olaraq "BeIN Iz", "BeIN Gurme", "BeIN Movies Turk" kanalları təqdim olunur. Bundan əlavə, 1000-dən çox müxtəlif janrda film və serialdan ibarət VoD kataloqu izləyicilərə premium məzmuna çıxış imkanı yaradır.
Qeyd edək ki, "CityNet TV"yə yeni qoşulan istifadəçilər "Digiturk" paketindən ilk ay ödənişsiz yararlana biləcəklər. Mövcud abunəçilər üçün xidmətin dəyəri aylıq cəmi 16.99 AZN təşkil edir. Xidmətdən istifadə edə bilmək üçün "CityNet"in yeni nəsil Android STB (Set-Top Box) cihazı tələb olunur.
Qoşulma və ya xidmətlər haqqında daha ətraflı məlumat əldə etmək üçün www.citynettv.az saytına daxil ola, *1177 ilə əlaqə saxlaya və ya "CityNet TV" mobil tətbiqindən istifadə edə bilərsiniz.
Xatırladaq ki, "CityNet TV" "Digiturk"lə yanaşı, "BluTV", "Setanta Sports", "Dizi Channel", "FilmBox" kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən "YouTube", "Netflix", "Amazon Prime", "Spotify" kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər. "CityNet" haqqında
Azərbaycanın aparıcı internet provayderi olan "CityNet" (ticarət nişanı "Uninet" MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. "CityNet" Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. "Uninet" MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding"in tərkibində olan "Azerconnect Group"a daxildir.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təy

Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqs�

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirm

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından

Mən bu gün səhər keçirdiyimiz iclasda hesabat verdim və məlum oldu ki, Ur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük

ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bu ölkənin Xarici İşlər Nazirli

"O şəhəri heç bəyənmədim, steyklərin qiyməti 500 AZN-dən başlayırdı

Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Fo

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zab
