29 min nəfər ali məktəbdən kənarda qalacaq Ən dramatik qrup açıqlandı
Digərləri 21 Avq 2025 17:16:00 76 0
Ali məktəblərə ixtisas seçimi başa çatıb. Ayrılmış plan yerləri ilə ərizəsi təsdiqlənənlərin sayı arasında kifayət qədər böyük fərq var.
Bu xəbəri də oxu: Padişahın duası Yunus Oğuz yazır
İxtisas seçiminin nəticələri nə vəd edir? Ümumi mənzərə necə olacaq?
Ən dramatik qrup
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, bu il ixtisas seçimi prosesinin yekun nəticələri ali təhsil sistemində struktur problemlərinin davam etdiyini və plan yerlərinin abituriyentlərin sayına adekvat cavab verməməsinin artıq kütləvi xarakter daşıdığını göstərir.
"Statistikaya nəzər saldıqda, I ixtisas qrupu üzrə ümumilikdə 20 385 plan yerinə qarşı 23 918 nəfər elektron ixtisas seçimini təsdiqləyib. Bu, 3533 nəfərin kənarda qalması deməkdir.
II qrupda 14 935 plan yerinə qarşı 19 039 ərizəçi var və nəticədə 4104 nəfər müsabiqədən kənarda qalacaq.
III qrupda vəziyyət daha dramatikdir: 15 583 yerə qarşı 24 414 ərizəçi qeydə alınıb və 8831 nəfərin ali təhsil almaq şansı itəcək.
IV qrupda 4732 yerə 6966 ərizəçi təsdiq verib, 2234 nəfər kəsiləcək.
Ən ağır mənzərə isə V qrupda müşahidə olunur: 4704 plan yerinə qarşı 16 517 ərizəçi olub və bu, 11 813 nəfərin qəbul ola bilməməsi deməkdir. Beləliklə, ümumilikdə təxminən 29 min nəfər ali məktəbdən kənarda qalacaq".
Bir tərəfdə sıxlıq, bir tərəfdə kadr çatışmazlığı
Kamran Əsədov qeyd edir ki, plan yerləri çoxaldılmadığı kimi ixtisaslara tələbat da balanslaşdırılmır: "Nəticədə, müəyyən ixtisaslarda yerlər boş qalır, digərlərində isə abituriyent sıxlığı süni şəkildə artır. Bu, ali təhsil siyasətinin proqnozlaşdırılmadığını və strateji yanaşmanın olmadığını bir daha sübut edir. "Təhsil haqqında" Qanunun 14.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət təhsil sistemi əmək bazarının tələblərinə uyğun formalaşdırılır. Halbuki, reallıqda əmək bazarının sorğuları ilə ali təhsil planlaşdırılması arasında heç bir əlaqə yoxdur. Əmək bazarı hüquqşünas, beynəlxalq münasibətlər üzrə mütəxəssis, pedaqoq bolluğu ilə dolub, amma mühəndislik, texnologiya və innovasiya ixtisaslarında kəskin kadr çatışmazlığı davam edir. Bu, qanunun tələblərinin icra olunmadığını göstərir".
Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətl

Bu il bütün ixtisas qrupları üzrə ixtisas seçimi avqustun 11-dən 19-u saa

"Dönər bu gündən sabaha qaldısa, onu hansı şəraitdə saxlayırsan-s

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bild

Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliy

Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbir

Xalq artisti Mənsum İbrahimov və həyat yoldaşı ilə evlilik ildönümünü

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəh�

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirin

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

Azərbaycanla Pakistanın tərəfdaşlığı artıq sadəcə diplomatik jestlər
