Sabiq başçının kadrına da cinayət işi açıldı
Digərləri 21 Avq 2025 16:20:00 80 0
Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.
Bu xəbəri də oxu: Şəmkirdə qidadan zəhərlənənlərin sayı 24ə çatıb, 14ü azyaşlıdır
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.
G.Mirzəzadə 2015-ci ildən indiyədək "Neftçalada Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyinin sədridir.
İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda xanım müttəhimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gülqədəm Mirzəzadənin fəaliyyəti əsasən İsmayıl Vəliyevin dövrü ilə bağlıdır. Onu elə İ.Vəliyev Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edib. Fəaliyyəti dövründə müxtəlif qalmaqallarda adı hallanıb. Mediada onun borcunu istəyən vətəndaşı döyməsi, diplomunun saxta olması barədə iddialar yayılıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd icra nümayəndəsi kimi fəaliyyətini davam etdirib.
Xatırladaq ki, korrupsiya cinayətlərində təqsirli bilinən İsmayıl Vəliyevə 6 il 2 ay həbs cəzası verilib.
Son bir həftədə ölkədə xiyarın qiyməti kəskin bahalaşıb.

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbir

Xalq artisti Mənsum İbrahimov və həyat yoldaşı ilə evlilik ildönümünü

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəh�

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirin

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində

Azərbaycanla Pakistanın tərəfdaşlığı artıq sadəcə diplomatik jestlər

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və biri

"Mən yox, bu utancı onlar yaşamalıdır”

Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzular

Rusiya və işğal altındakı Ukrayna ərazilərində yanacaq çatışmazlığ�

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Ça
