İlham Əliyev Slovakiyanın yeni təyin olunmuş səfirini qəbul edib FOTO


Siyasət 18 Avq 2025 16:48:00 52 0

İlham Əliyev Slovakiyanın yeni təyin olunmuş səfirini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı bildirdi ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulandı, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulandı. Həmçinin Slovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirildi.

Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd etdi.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Slovakiya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmi səfərə dəvət olunduğunu bir daha qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirdi.

Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıldı.

 
Ginekoloq əməliyyatdan kadr paylaşdı, jurnalist sərt reaksiya verdi like
  • 18 Avq 16:41  
Digərləri Ginekoloq əməliyyatdan kadr paylaşdı, jurnalist sərt reaksiya verdi

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ginekoloq Kəmalə Quliyevanın so

arrow Ətraflı
Rusiyada işləyən azərbaycanlıların diqqətinə  Sentyabrın 1dən... like
  • 18 Avq 16:28  
Digərləri Rusiyada işləyən azərbaycanlıların diqqətinə Sentyabrın 1dən...

Bu il sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbayca

arrow Ətraflı
Rəqsanəyə kimlər dəstək oldu? like
  • 18 Avq 16:21  
Şou-biznes Rəqsanəyə kimlər dəstək oldu?

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində dələduz

arrow Ətraflı
Tiktokerlərin bu sözləri Kembric lüğətinə daxil edilir like
  • 18 Avq 16:14  
Digərləri Tiktokerlərin bu sözləri Kembric lüğətinə daxil edilir

Kembric lüğətinin yenilənmiş versiyasına "Skibidi", "tradwi

arrow Ətraflı
Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib like
  • 18 Avq 16:04  
Digərləri Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

"Dalyan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin ə

arrow Ətraflı
Pezeşkian Ermənistana niyə gedib? like
  • 18 Avq 16:02  
Digərləri Pezeşkian Ermənistana niyə gedib?

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri başlayıb.

arrow Ətraflı
Sülhə kim və niyə mane olur? like
  • 18 Avq 16:00  
Siyasət Sülhə kim və niyə mane olur?

Cənubi Qafqazın diplomatik səhnəsi son aylar çoxölçülü strateji platfor

arrow Ətraflı
Emin Vəliyev Gəncəyə hərbi prokuror təyin olundu like
  • 18 Avq 15:57  
Digərləri Emin Vəliyev Gəncəyə hərbi prokuror təyin olundu

Gəncəyə yeni hərbi prokuror təyin edilib.

arrow Ətraflı
Prezident İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  FOTO like
  • 18 Avq 15:56  
Siyasət Prezident İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsraili

arrow Ətraflı
"Osvejitel"dən zəhərləndi, öldü like
  • 18 Avq 15:53  
Dünya "Osvejitel"dən zəhərləndi, öldü

Hava təravətləndiricisindən zəhərlənən yeniyetmə ölüb.

arrow Ətraflı
Bakıdakı bu məşhur mağaza insanları aldadırmış? like
  • 18 Avq 15:48  
Digərləri Bakıdakı bu məşhur mağaza insanları aldadırmış?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı

arrow Ətraflı
Yasamalda əməliyyat keçirildi  İki qardaş saxlanıldı like
  • 18 Avq 15:43  
Digərləri Yasamalda əməliyyat keçirildi İki qardaş saxlanıldı

Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən na

arrow Ətraflı
Həftənin astroloji proqnozu: Yeni ay, çətin dərəcələr və edilməməli olanlar like
  • 18 Avq 15:42  
Digərləri Həftənin astroloji proqnozu: Yeni ay, çətin dərəcələr və edilməməli olanlar

Avqustun 18-dən 24-dək olan yeni həftə bizə retrograd Merkürün son günü

arrow Ətraflı
Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək like
  • 18 Avq 15:35  
Siyasət Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi s

arrow Ətraflı
Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb  ARAŞDIRMA like
  • 18 Avq 15:23  
Digərləri Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb ARAŞDIRMA

Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul plan�

arrow Ətraflı