Prezident İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib FOTO
Siyasət 18 Avq 2025 15:56:00 77 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.
Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövrdə - ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğuladı.
Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gələcəkdə də ölkəmizdə fəal işləyəcəklərinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğuladı. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırladı.
İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd etdi ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.
Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğuladı.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı

Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən na

Avqustun 18-dən 24-dək olan yeni həftə bizə retrograd Merkürün son günü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi s

Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul plan�

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasın

Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv edil�

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, göz

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

2025-ci ilin avtomobil etibarlılığı üzrə araşdırmalar nəticəsində sah

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

Dövlətçilik tarixində itaət heç vaxt sadəcə intizam və ya etik çərçi

Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q
