Naci Görürdən qorxunc zəlzələ açıqlaması: İstədiyiniz qədər dua edin, dayandıra bilməzsiniz
Digərləri 15 Avq 2025 19:31:00 140 0
Prof. Dr. Naci Görür, Marmaranın zəlzələ yaratma müddətinin bitdiyini bildirərək, İstanbulda ən az 7,2 maqnitudasında zəlzələ ehtimalının çox yüksək olduğunu söyləyib. Ən böyük dağıntının Avropa tərəfində yaşanacağını vurğulayan Görür, mümkün zəlzələdə dəniz sahilindəki bölgələrdə titrəmə (ivmə) və dağıntı riskinin daha yüksək olacağını qeyd edib.
Bu xəbəri də oxu: Saçdan hazırlanan diş məcunu: Britaniya alimlərindən yenilik
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kuzey Anadolu Fayı xəttinin dünyanın ən çox zəlzələ yaradan fay xətlərindən biri olduğunu bildirən Görür deyib:
"Bu fay harada qırılarsa, növbəti zəlzələ üçün onun qərb hissəsi hədəf olur. 1999-cu ildə Kocaelidə qırıldı, onun qərbində biz varıq. İstanbulda ən az 7,2 maqnitudalı zəlzələ olma ehtimalı çox yüksəkdir."
Görür, fay xəttinin hər 250 ildən bir böyük zəlzələ yaratdığını, sonuncu böyük zəlzələnin 1766-cı ildə baş verdiyini xatırladaraq deyib:
"Marmaranın zəlzələ yaratma müddəti dolub. İstədiyiniz qədər dua edin, bu mexanizmi dayandıra bilməzsiniz. Zəlzələ təbiətin dəyişməz qanunlarına əsasən baş verir."
Zəlzələdə ən böyük dağıntının Avropa tərəfində görüləcəyini bildirən Görür sonda bunları qeyd edib:
"Anadolu tərəfində də bəzi bölgələrdə zəlzələnin gücü yüksək hiss olunacaq. Təxminən 8-9 bal gücündə zəlzələ ilə qarşılaşmağımız qaçılmazdır. 9 ballıq zəlzələdə ən möhkəm binalar belə ziyan görə bilər. Avropa tərəfində dəniz kənarında yaşayanlar mənzərənin həzzini çıxarırlar, amma mümkün zəlzələdə titrəmə və dağıntı riski çox daha yüksək olacaq." Lalə Qüdrətova Son.az
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar ş

"Yaşayan Nostradamus" da adlandırılan braziliyalı parapsixoloq Ato

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş nazir

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlins

Avqustun 18-dən etibarən Bakı Dəmiryol Vağzalının avtomobil parklanma sah

Ağır qəza keçirən cütlük möcüzəvi şəkildə sağ qaldıqdan sonra evl

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla (�

ABŞ Prezidenti Donald Tramp, Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərə

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerd�

Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın n�

Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də sərinləşdi

Qidalanma mütəxəssisləri çətənə toxumunun insan sağlamlığı üçün �

Yenidoğulmuş körpələrin sağlam inkişafı üçün onların tənəffüs sü

Xəbər veridyimiz kimi, 11 avqustdan 15 avqusta qədər Yer üzündə bir çox
