Qovlar şəhərində köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri inşa ediləcək
Digərləri 15 Avq 2025 19:06:00 96 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.
Bu xəbəri də oxu: Dəhşətli qəzadan sağ çıxan cütlük evlənmək qərarı aldı FOTO
Bu barədə Son.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Baş plan Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.
"Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.
Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.
Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.
Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
"Yaşayan Nostradamus" da adlandırılan braziliyalı parapsixoloq Ato

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş nazir

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlins

Avqustun 18-dən etibarən Bakı Dəmiryol Vağzalının avtomobil parklanma sah

Ağır qəza keçirən cütlük möcüzəvi şəkildə sağ qaldıqdan sonra evl

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla (�

ABŞ Prezidenti Donald Tramp, Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərə

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerd�

Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın n�

Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də sərinləşdi

Qidalanma mütəxəssisləri çətənə toxumunun insan sağlamlığı üçün �

Yenidoğulmuş körpələrin sağlam inkişafı üçün onların tənəffüs sü

Xəbər veridyimiz kimi, 11 avqustdan 15 avqusta qədər Yer üzündə bir çox

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
