İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı
Digərləri 11 Avq 2025 14:40:00 65 0
"lnstagram"da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs Qaradağ rayonunda 16 kiloqram marixuana ilə saxlanılıb.
Bu xəbəri də oxu: 72 min maşın geri çağırılır Yolda alışa bilər
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotikləri "lnstagram" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edilib ki, M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.Son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Co

ABŞ-nin sahil zonasında nəhəng sunami ilə müşayiət olunan doqquz bal gü

Müğənni Özcan Deniz və ailəsi arasındakı mübahisələr bitmək bilmir.�

2025-ci ilin yanvar-iyul ayları ərzində Sverdlovsk vilayətindən minə yaxı

2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə ilə başlaya

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.

Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini

Rauf Vəliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni il

Bakıda tamah niyyəti ilə törədilən qətl hadisəsi üzrə iki şəxs barə

Toyota SUV rahatlığını müasir zəriflik və qabaqcıl hibrid texnologiyası

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
