Sülhü və qələbəni qazandıran lider Prezident İlham Əliyevin Vaşinqton TRİUMFU!


Siyasət 11 Avq 2025 13:42:00 64 0

Sülhü və qələbəni qazandıran lider  Prezident İlham Əliyevin Vaşinqton TRİUMFU!

2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə ilə başlayan zəfər marafonu, tarixi hədəflərimiz uğrunda müqəddəs mübarizə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda diplomatik triumfla davam etdi. Bu böyük uğurun əsasında İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və birləşdirici gücü dayanırdı. Lakin müharibədə qazanılan zəfər təkcə başlanğıc idi...

Prezident İlham Əliyev bu Zəfəri diplomatik masaya daşımağı bacardı. O, dünyaya bəyan etdi ki, güc yalnız ədalətə xidmət etməlidir  və Azərbaycanın əldə etdiyi qələbə dayanıqlı sülh və sabitliyin yeganə təminatçısıdır. Prezident İlham Əliyev çağdaş dünya tarixinin həm döyüş meydanında, həm də diplomatik arenada qələbə və nüfuz qazanan azsaylı liderlərdəndədir.

Səfərdən əvvəl ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevin "III Şuşa Qlobal Media Forumu"ndakı məzmunlu  çıxışını yenidən paylaşdı. Bu, sadəcə dəstək deyil, Azərbaycanın və onun liderinin dünya siyasətində nə qədər böyük nüfuza malik olduğunu göstərən mühüm siqnal idi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu səfərin mahiyyətini lakonik, özünəməxsus formada bir cümlə ilə belə şərh etdi: "Prezident İlham Əliyev müharibəni qazandı - indi isə sülhü qazanır."

Bu sözlər Azərbaycanın tarixində dönmə nöqtəsini göstərir. Müharibədə qələbə qazanan lider indi bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm addımlar atır. Prezident İlham Əliyev bütün Cənubi Qafqaza sülh gətirir, sülhü qoruyur və regionu birləşdirir. Müharibələr, münaqişələrlə parçalanan regionu birləşdirmək, sülh gətirmək Prezident İlham Əliyevin tarixi missiyasıdır. 

Vaşinqtonda keçirilən görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. O, açıq şəkildə bildirdi ki, Qafqaza sülhü Azərbaycanın gücü gətirir, Ermənistanla davamlı sülh isə yalnız ədalətin bərqərar olması ilə  təmin edilə bilər. Pezident İlham Əliyev Paşinyana növbəti ciddi ev tapşırığını verməyi də unutmadı: artıq münaqişənin həlli sənədlərdə yox, reallıqda olmalıdır.

Donald Tramp isə Prezident İlham Əliyevə ən böyük qiymətini verdi. Azərbaycan liderinin uğurlarını yüksək qiymətləndirən amerikalı həmkarı ona rəğbətini yenidən ifadə etdi. Trampın gələcəkdə Nobel Sülh Mükafatı alacağı halda, bu tarixçədə İlham Əliyevin də adı əbədi olaraq qalacaq.

Tramp İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etdi - gücün və etibarın ən canlı simvolunu! Bu jest Azərbaycanın dünyada qazandığı gücün, hörmətin və nüfuzun ən parlaq ifadəsidir. Bu, Azərbaycanın və onun liderinin beynəlxalq siyasətdəki strateji rolunun ən parlaq təsdiqidir.

Tarixi görüşün əsas qəhrəmanı əlbəttə ki, Prezident İlham Əliyev oldu. Onun sadəcə Azərbaycanın deyil, bütün regionun xarici təsirlərdən azad olmasını təmin etmək üçün siyasəti göz önündə idi.  Mübaliğəsiz Azərbaycan tarixində belə bir liderlik nümunəsi nadirdir - həm savaşda, həm də diplomatik masada qalib gəlmək insan və siyasətçi üçün ən çətin sınaqlardandır. İlham Əliyev həm güc, həm də çevik siyasi təfəkkürü ilə bu sınaqlardan şərəflə çıxmağı bacardı.

Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. İlham Əliyev Ali Baş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraq tarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətə çevrilib.

Bu sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda İlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü. Vaşinqtonda güclü, qüdrətli Azərbaycan göründü.  İlham Əliyev Azərbaycanı ucaltdı, bütöv və qüdrətli, dünyada qəbul edilən, eşidilən Azərbaycanı! Bizə onu qorumağı, yaşatmağı öyrətdi! Düşünürəm ki, dualarımıza redaktə etməyin vaxtı çatıb. 8 avqustdan sonra "Azərbaycan haqqı!" andını içməyin vaxtıdır. 

Dünya liderləri arasında da İlham Əliyevin nüfuzu, siyasi gücü və uzaqgörənliyi böyük hörmətlə qarşılanır. Prezident Donald Tramp açıq şəkildə bildirdi: "Siz böyük lidersiniz." Bu sadəcə xoş sözlər deyildi, bu dünyanın Azərbaycana və onun liderinə səmimi etirafıdır!

Sən belə xoşbəxtsən, Vətən!

Anar YUSİFOĞLU Əməkdar jurnalist Son.az

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar  SİYAHI like
  • 11 Avq 13:30  
Digərləri Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar SİYAHI

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

arrow Ətraflı
Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib like
  • 11 Avq 13:27  
Siyasət Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib

Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.

arrow Ətraflı
Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib like
  • 11 Avq 13:24  
Siyasət Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib

Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib.

arrow Ətraflı
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək  SƏRƏNCAM like
  • 11 Avq 13:22  
Siyasət Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək SƏRƏNCAM

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini

arrow Ətraflı
Bakıda 34 yaşlı kişini qətlə yetirib, meyiti doğrayaraq Ağsuda dağa atan 2 nəfər tutuldu like
  • 11 Avq 13:19  
Digərləri Bakıda 34 yaşlı kişini qətlə yetirib, meyiti doğrayaraq Ağsuda dağa atan 2 nəfər tutuldu

Bakıda tamah niyyəti ilə törədilən qətl hadisəsi üzrə iki şəxs barə

arrow Ətraflı
Yenilənmiş Toyota Corolla Cross: Texnoloji praktikliyin zərif nümunəsi like
  • 11 Avq 13:10  
Digərləri Yenilənmiş Toyota Corolla Cross: Texnoloji praktikliyin zərif nümunəsi

Toyota SUV rahatlığını müasir zəriflik və qabaqcıl hibrid texnologiyası

arrow Ətraflı
Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb like
  • 11 Avq 13:07  
Digərləri Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq like
  • 11 Avq 12:56  
Digərləri Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edilib like
  • 11 Avq 12:45  
Digərləri Rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) rayonlararası marşrutlar üz

arrow Ətraflı
Azərbaycanda məktəbli formaları UCUZLAŞDI like
  • 11 Avq 12:39  
Digərləri Azərbaycanda məktəbli formaları UCUZLAŞDI

İyulun ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbl

arrow Ətraflı
İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib like
  • 11 Avq 12:33  
Siyasət İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib

Avqustun 11-də İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn Az

arrow Ətraflı
600dən çox bal toplayanların sayında REKORD ARTIM like
  • 11 Avq 12:32  
Digərləri 600dən çox bal toplayanların sayında REKORD ARTIM

Bu il keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayın

arrow Ətraflı
Azərbaycanda bəzi universitetlərin rus bölməsinə qəbul dayandırılıb?  RƏSMİ CAVAB like
  • 11 Avq 12:26  
Digərləri Azərbaycanda bəzi universitetlərin rus bölməsinə qəbul dayandırılıb? RƏSMİ CAVAB

Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti

arrow Ətraflı
Rusiyada hava limanları bağlandı like
  • 11 Avq 12:20  
Digərləri Rusiyada hava limanları bağlandı

Volqoqrad hava limanında təyyarələrin enişi və uçuşu ilə bağlı müvə

arrow Ətraflı