Kirayə ev bazarında qıtlıq və


Digərləri 09 Avq 2025 15:18:00 60 0

Kirayə ev bazarında qıtlıq və

Yeni dərs ili ərəfəsində tələbələrin paytaxta axışması qiymət artımına səbəb olub - Rəqəmlər

Bu xəbəri də oxu: Neftimiz bahalaşdı

Avqust ayı gələn kimi Bakıda kirayə mənzil axtarışı sözün əsl mənasında "yarışa" çevrilir. Yeni dərs ili ərəfəsində paytaxta axışan tələbələr, şəhərin müxtəlif ərazilərində ev axtaran vətəndaşlar və söküntülər səbəbilə köçürülən sakinlər kirayə bazarında böyük sıxlıq yaradır. Bu isə həm qiymət artımına, həm də mənzil qıtlığına səbəb olur.

Son.az xəbər verir ki, bu il də əvvəlki illərdən fərqli bir mənzərə müşahidə olunmur. Əksinə, vəziyyət daha da gərginləşib. Kirayə mənzil tapmaq müşkülə çevrilib, qiymətlər isə kəskin artıb. Ekspertlər bu artımı təkcə mövsümlə izah etmirlər - söküntülər, mənzil satış bazarındakı bahalaşma və yeni binaların yüksək icarə qiymətləri bu vəziyyətin başlıca səbəbləri kimi göstərilir.

Əmlak sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə, son illər ərzində Bakıda çoxsaylı köhnə yaşayış evlərinin sökülməsi nəticəsində yüzlərlə ailə kirayə mənzil axtarmağa məcbur qalıb. Sakinlər ya müvəqqəti qohum evinə sığınır, ya da məcburən bazara çıxaraq qiymətlərə uyğun gələn ev axtarır. Bu isə təklifi azaldır, tələbatı isə daha da artırır.

Söküntülərin yerində tikilən yeni binalarda isə qiymətlər fərqli səviyyədədir. Köhnə tikililərlə müqayisədə həmin evlərin kirayə qiymətləri ən azı iki dəfə baha təklif olunur. Bu isə daha çox insanı nisbətən ucuz - amma eyni zamanda köhnə və bəzən qəzalı - binalarda ev axtarmağa məcbur edir. Beləliklə, həmin seqmentdə süni sıxlıq yaranır və bu da qiymətləri "od tutub yandırır".

Satış qiymətlərindəki artım da kirayə bazarına təsirsiz ötüşmür. Mənzil sahibləri evlərini baha qiymətə sata bilmədikdə, həmin məbləğə uyğun olaraq kirayə qiymətlərini də artırmağa çalışırlar. Nəticədə həm alqı-satqı, həm də kirayə bazarı bir-birini qidalandıraraq süni qiymət şişkinliyi yaradır.

Musavat.com əməkdaşı paytaxtın bir neçə fərqli ərazisində qiymətləri yerində öyrənib. Neftçilər metrosu ətrafında 1 otaqlı mənzillər 250-300 manat, 2 otaqlı mənzillər 450-600 manat, 3 otaqlı mənzillər isə 700-1800 manat arasında dəyişir. Sakinlər ötən illə müqayisədə kəskin fərqin olduğunu təsdiqləyirlər.

"Keçən il 300 manata tutduğum evi bu il 500-ə verirlər. Metrodan uzaq binalarda vəziyyət bir az fərqlidir, amma metro yaxınlığında qiymətlər artıq bizim cibimizə uyğun deyil", - deyə Natiq Əmirov adlı sakin bildirir.

Tələbələr üçün isə vəziyyət daha da ağırdır. Universitetə bu il qəbul olunmuş gənclər yaşayış problemi ilə üzləşiblər. "Uzaq kənddən gəlmişik, qiymətlər od tutub yanır. Valideynlərimiz bu məbləği necə ödəsin? Qalmışıq küçələrdə", - deyə adının çəkilməsini istəməyən tələbə deyir.

Qara Qarayev metrosu ətrafında bir otaqlı mənzillərin qiyməti 300-400 manat arasında dəyişir. İki otaqlılar isə 500 manatdan başlayır. Nizami rayonunda orta təmirli 2 otaqlı ev 450 manata təklif olunur. Xətai rayonunda isə təmirsiz 1 otaqlı mənzil üçün qiymət 280 manatdan başlayır. Elmlər Akademiyası metrosuna yaxın ərazidə təmirli 2 otaqlı evin qiyməti 600 manatdır. Yeni Günəşlidə 1 otaqlı mənzili 370 manata tapmaq mümkündür. Yasamalda isə təmirli mənzillərin kirayəsi artıq 800 manata qədər yüksəlib.

Bütün bu faktlar fonunda mövcud mənzərə aydındır: Bakıda kirayə mənzil bazarı mövsümi "şok" yaşayır. Tələbələr, köçkünlər və şəhərə yeni gələnlər münasib ev tapmaqda çətinlik çəkir, bazarda isə vəziyyəti sabitləşdirəcək hər hansı real mexanizm müşahidə olunmur.

Mövzunu şərh edən əmlak eksperti Elnur Fərzəliyev də qiymət artımının səbəblərini sadalayarkən ilk növbədə tələbə axınını və söküntüləri önə çəkir. Onun sözlərinə görə, hər ilin avqust ayından başlayaraq sentyabrın ortasına qədər bazarda həm mənzil qıtlığı, həm də qiymət artımı müşahidə olunur: "Bakıda aparılan söküntülər səbəbindən çox sayda sakin kirayəyə üz tutur və uzunmüddətli kirayədə qalmağa məcbur olurlar. Bu da bazarda mövcud evlərə olan tələbatı artırır".

Ekspert onu da qeyd edir ki, mənzillərin satış qiymətindəki artım da birbaşa kirayə bazarına təsir edir. Satış bahalaşdıqca, kirayə də paralel şəkildə yüksəlir.

Elnur Fərzəliyev yaxın perspektivdə qiymətlərin sabitləşəcəyini gözləmədiyini bildirir. Əksinə, növbəti aylarda da kirayə bazarında gərginliyin davam edəcəyi proqnozlaşdırılır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qəzetə açıqlamasında deyib ki, avqust və sentyabr aylarında daşınmaz əmlak bazarında qiymət artımları ənənəvi hal alıb: "Hazırda da bu bazarda bahalaşma müşahidə olunur. Bu dəfə artımın əsas səbəblərindən biri daşınma (nəqliyyat) xərclərinin yüksəlməsidir. Eyni zamanda, daşınmaz əmlakın qiymətindəki artım bu sahəyə marağın artdığını, yeni biznes maraqlarının daha qabarıq şəkildə ortaya çıxdığını göstərir.

Banklar hazırda əmanətlərə maksimum 12 faiz civarında gəlir təklif edir. Bunun da 10 faizi vergi ilə tənzimlənir və Dövlət Vergi Xidməti tərəfindən vergiyə cəlb olunur. Lakin daşınmaz əmlak sahəsində belə bir vergi yükü və tənzimləmə yoxdur. Bu isə əmlaka investisiya yatırmaq istəyənlər üçün daha cəlbedici imkanlar yaradır və bazara əlavə təzyiq formalaşdırır.

Əgər bu proses nəzarətsiz davam edərsə və paralel olaraq dövlətin bölgələrə yönəlik təşviq proqramları tətbiq olunmazsa, xüsusilə paytaxtda kirayə mənzillərin qiymətləri ildən-ilə daha da yüksələcək. Bu, tələbələrin, aşağı gəlirli vətəndaşların Bakı şəhərində yaşamaq və təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

Bunun qarşısını almaq üçün böyük tədris və istehsalat müəssisələrinin regionlara köçürülməsi, əhalinin paytaxtdan kənarda yaşamasına dəstək verilməsi, əmlak bazarında vergi ədalətinin bərqərar edilməsi lazımdır".  /"Yeni Müsavat"

SALOĞLUda Fabrik Qiymətinə Kampaniyasının Son like
  • 09 Avq 15:02  
Digərləri SALOĞLUda Fabrik Qiymətinə Kampaniyasının Son

SALOĞLU mebel brendinin böyük Fabrik qiymətinə Kampaniyası sona yaxınlaş

arrow Ətraflı
Pərvin özünə yeni BAHALI maşın aldı like
  • 09 Avq 14:48  
Şou-biznes Pərvin özünə yeni BAHALI maşın aldı

Aktrisa Pərvin Abıyeva özünə yeni bahalı avtomobil alıb.

arrow Ətraflı
Avqustun bütün BÜRCLƏR üçün ən şanslı like
  • 09 Avq 14:38  
Digərləri Avqustun bütün BÜRCLƏR üçün ən şanslı

Avqust ayı güclü enerji axınları, mühüm qərarlar və yeni başlanğıcla

arrow Ətraflı
"ChatGPT" insanları dəli etməyə başlayıb  "Süni intellekt psixozu" like
  • 09 Avq 14:33  
Digərləri "ChatGPT" insanları dəli etməyə başlayıb "Süni intellekt psixozu"

"ChatGPT" bəzi hallarda istifadəçilərə yalan və əsassız elmi a

arrow Ətraflı
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri like
  • 09 Avq 14:18  
Digərləri Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri

Mingəçevir şəhərində dəbdəbəli ehsan verilməsi ləğv ediləcək.

arrow Ətraflı
Rusiya Xalq artisti vəfat etdi like
  • 09 Avq 14:14  
Kriminal Rusiya Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti İvan Krasko 94 yaşında vəfat edib.

arrow Ətraflı
Aynişan küçədə ona baxanları belə İFŞA ETDİ  VİDEO like
  • 09 Avq 14:03  
Şou-biznes Aynişan küçədə ona baxanları belə İFŞA ETDİ VİDEO

İnfluenser Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Parisdə azərbaycanlı ailənin 2 uşağı əllərindən alındı like
  • 09 Avq 13:48  
Dünya Parisdə azərbaycanlı ailənin 2 uşağı əllərindən alındı

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındı�

arrow Ətraflı
“Gürcüstan bu tarixi anı alqışlayır” like
  • 09 Avq 13:46  
Digərləri “Gürcüstan bu tarixi anı alqışlayır”

"Gürcüstan Azərbaycan və Ermənistan, eləcə də region və bütün d�

arrow Ətraflı
Çaqqal 3 nəfərə hücum etdi like
  • 09 Avq 13:41  
Digərləri Çaqqal 3 nəfərə hücum etdi

Cəlilabad rayonunda çaqqal kənd sakinlərinə hücum edib.

arrow Ətraflı
Trampdan Ukrayna ilə bağlı like
  • 09 Avq 13:33  
Dünya Trampdan Ukrayna ilə bağlı

ABŞ həm Kiyevə ərazi güzəştləri, həm də Ukraynanın bəzi hissələrin

arrow Ətraflı
Maya Sandu tarixi sazişin əhəmiyyətindən yazdı like
  • 09 Avq 13:30  
Siyasət Maya Sandu tarixi sazişin əhəmiyyətindən yazdı

Ermənistan və Azərbaycan arasında imzalanan saziş illərlə davam edən hə

arrow Ətraflı
Batumini su basdı  VİDEO like
  • 09 Avq 13:17  
Dünya Batumini su basdı VİDEO

Güclü yağış Gürcüstanın Batumi şəhərində bir sıra fəsadlara səbə

arrow Ətraflı
Dünyaca məşhur aktyorun nəvəsi həbs edildi like
  • 09 Avq 13:03  
Şou-biznes Dünyaca məşhur aktyorun nəvəsi həbs edildi

Los-Ancelesdə 29 yaşlı Şon Nayt Nikolson ağır məişət zorakılığı itt

arrow Ətraflı