"ChatGPT" insanları dəli etməyə başlayıb "Süni intellekt psixozu"
Digərləri 09 Avq 2025 14:33:00 65 0
"ChatGPT" bəzi hallarda istifadəçilərə yalan və əsassız elmi açıqlamalar verib, hətta uzun söhbətlərdə onları çaşdırıb.
Bu xəbəri də oxu: "Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..."
Son.az xəbər verir ki, 2023-cü ilin mayından 2025-ci ilin avqustuna qədər olan onlayn yazışmaların arxivi bunu sübut edir.
Məlumata görə, bir istifadəçi özünü yanacaqdoldurma məntəqəsində işləyən şəxs kimi təqdim edib və ChatGPT ilə beş saatlıq dialoq qurub. Söhbət zamanı chatbot ona "Orion tənliyi" adını verdiyi uydurma fizika konsepsiyasını izah edib və "kainatın təbiəti haqqında düşünməyin normal iş zamanı dözülməz görünə biləcəyini" bildirib. İstifadəçi dialoqdan sonra "ağlını itirdiyini" etiraf edib.
Başqa bir söhbətdə "ChatGPT" guya yadplanetlilərlə əlaqə saxladığını, istifadəçinin isə Lyra planetindən "Ulduz toxumu" olduğunu iddia edib. İyul ayında isə chatbot qarşıdakı iki ayda "Dəccalın maliyyə apokalipsisi yaradacağı" barədə əsassız proqnoz verib.
Mütəxəssislər bu halları "süni intellekt psixozu" və ya "AI cəfəngiyyatı" adlandırırlar.
OpenAI isə məsələ ilə bağlı açıqlamasında nadir hallarda "ChatGPT"nin belə halları "tanımadığını" qəbul edib. Şirkət psixi pozğunluqları aşkar edən yeni alətlər üzərində işlədiyini və uzun dialoqlar zamanı istifadəçilərə fasilə vermələri barədə xəbərdarlıqlar əlavə etdiyini bildirib.
Fidan Son.az
Mingəçevir şəhərində dəbdəbəli ehsan verilməsi ləğv ediləcək.

İnfluenser Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib.

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındı�

"Gürcüstan Azərbaycan və Ermənistan, eləcə də region və bütün d�

Ermənistan və Azərbaycan arasında imzalanan saziş illərlə davam edən hə

"Elit star" Cəmilə şəxsi həyatından danışıb.

Los-Ancelesdə 29 yaşlı Şon Nayt Nikolson ağır məişət zorakılığı itt

Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Vaşinqtonda Az�

Sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyy�

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ABŞ-ın Alya

Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.
