ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı


Digərləri 02 Avq 2025 19:30:00 53 0

ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı

ABŞ-nin Delaver ştatında yaşayan əmlak məsləhətçisi və kontent yaradıcı Cenifer Allan kredit borcunun yarıdan çoxunu cəmi bir ayda ödəyə bildiyini deyib.

Son.az xəbər verir ki, onun sözlərinə görə bu nəticəyə süni intellekt aləti olan ChatGPT-nin köməyi ilə nail olub.

Allan sosial şəbəkədə paylaşdığı videolarda bildirib ki, 23.000 dollarlıq kredit kartı borcunu azaltmaq məqsədilə 30 günlük bir çağırışa başlayıb: "Hər gün ChatGPT-yə sual verirəm: bu gün nə etsəm, pul qazana və borcumu azalda bilərəm?"

Bir ay ərzində o, 11.000 dollardan çox qazanc əldə edib və ümumilikdə 12078,93 dollar ( 20532 manat ) borcunu bağlayıb. Allan bu prosesi "gündəlik diqqət, intizam və qərarlı plan" kimi dəyərləndirib.

ChatGPT bəzən qeyri-adi təkliflər də verib. Məsələn, alqoritm ona borc məbləğini qarpızın üzərinə markerlə yazmağı və bu qarpızı "borc sənəti" adı ilə eBay-də satışa çıxarmağı məsləhət görüb. Allan bu ideyanı həyata keçirməsə də, həmin qarpızın şəklini 51 dollara sata bilib.

Bəzi təkliflər isə daha praktik olub. Allan ChatGPT-nin təklifi ilə telefonundakı tətbiqlərdə unudulmuş vəsaitləri yoxlayıb və Venmo hesabında 100 dollardan çox pul tapıb. Digər bir video paylaşımında isə ərinin vaxtilə açdığı, unudulmuş bir broker hesabında 10.200 dollar olduğunu üzə çıxardıqlarını bildirib.

Hazırda Cenifer Allan kredit kartı borcunun yarıdan çoxunu bağladığını qeyd edib. O, bu təcrübənin ona yalnız maliyyə baxımından deyil, həm də psixoloji olaraq nəzarəti bərpa etməyə kömək etdiyini deyir.

İsmayıl Son.az

Avqustun 15dək gözlədikləri şad xəbəri eşidəcək 5 bürc like
  • 02 Avq 19:15  
Digərləri Avqustun 15dək gözlədikləri şad xəbəri eşidəcək 5 bürc

Avqust ayının ilk yarısı bəzi bürclər üçün xüsusilə uğurlu və sevi

arrow Ətraflı
Kür çayında 16 yaşlı yeniyetmə boğuldu like
  • 02 Avq 19:00  
Digərləri Kür çayında 16 yaşlı yeniyetmə boğuldu

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

arrow Ətraflı
Sexdə faciə  Təkər partladı, öldü  VİDEO like
  • 02 Avq 18:45  
Dünya Sexdə faciə Təkər partladı, öldü VİDEO

İğdırda avtomobil təkərinə hava vurmaq istəyən şəxs faciəvi şəkild�

arrow Ətraflı
Yekaterinburqda Azərbaycan bazarı söküldü  FOTO like
  • 02 Avq 18:15  
Digərləri Yekaterinburqda Azərbaycan bazarı söküldü FOTO

Yekaterinburqun kriminal ərazilərindən biri olan Sortirovkada Azərbaycan baz

arrow Ətraflı
Tramp: “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır” like
  • 02 Avq 18:00  
Dünya Tramp: “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır”

ABŞ-nin Prezidenti Donald Tramp Rusiyanın Təhlükəsizlik Şurası sədrinin

arrow Ətraflı
Ərinin ona xəyanət etdiyini evdəki tərəzidən öyrəndi like
  • 02 Avq 17:56  
Dünya Ərinin ona xəyanət etdiyini evdəki tərəzidən öyrəndi

ABŞ-də yaşayan qadın xəyanətə uğradığını tərəzi sayəsində öyrə

arrow Ətraflı
Əməkdar artist illər sonra qızıyla barışdı like
  • 02 Avq 17:48  
Şou-biznes Əməkdar artist illər sonra qızıyla barışdı

Aparıcı Vüsalə Kərimova atası, Əməkdar artist Vaqif Kərimovla barışı

arrow Ətraflı
Azərbaycanda deputat xadiməni məhkəməyə verdi like
  • 02 Avq 17:42  
Digərləri Azərbaycanda deputat xadiməni məhkəməyə verdi

Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkələrdə haqq�

arrow Ətraflı
Sosial media fenomeni qətlə yetirildi like
  • 02 Avq 17:38  
Dünya Sosial media fenomeni qətlə yetirildi

Tayvanın paytaxtı Taypeydə 23 yaşlı sosial media fenomeni İrene Gu vəhşi

arrow Ətraflı
Tovuzda yük maşını aşıb, xəsarət alan var like
  • 02 Avq 17:25  
Digərləri Tovuzda yük maşını aşıb, xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Cəlilabadda ağır qəzada ölən müəllim imiş like
  • 02 Avq 17:24  
Digərləri Cəlilabadda ağır qəzada ölən müəllim imiş

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobil

arrow Ətraflı
Azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü like
  • 02 Avq 17:16  
Digərləri Azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü

27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.

arrow Ətraflı
Sabirabadda azyaşlıya qarşı uyğunsuz hərəkətər edən şəxs saxlanıldı like
  • 02 Avq 17:03  
Digərləri Sabirabadda azyaşlıya qarşı uyğunsuz hərəkətər edən şəxs saxlanıldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətər edən şəxs saxlanıl�

arrow Ətraflı
Məşhur aktyor ata olacaq like
  • 02 Avq 16:53  
Şou-biznes Məşhur aktyor ata olacaq

Türkiyəli aktyor Tolqa Sarıtaş və moda dizayneri həyat yoldaşı Zeynəb M

arrow Ətraflı