Sosial media fenomeni qətlə yetirildi
Dünya 02 Avq 2025 17:38:00 65 0
Tayvanın paytaxtı Taypeydə 23 yaşlı sosial media fenomeni İrene Gu vəhşicəsinə qətlə yetirilib.
Bu xəbəri də oxu: "Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" Bayden
Son.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sosial şəbəkələrdə 30 mindən çox izləyicisi var idi.
Cinayətdən bir neçə gün əvvəl İrene sosial mediada izlənildiyini və təhdid edildiyini yazaraq kömək istəmiş, lakin müraciətinə ciddi reaksiya verilməmişdi.
Hadisənin təfərrüatları
"The Sun" nəşrinin məlumatına görə, qətl hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. İrene avtomobilini park yerindən çıxarmağa çalışarkən yolu kəsilib, daha sonra zorla bir pilləkən boşluğuna aparılıb və orada boğazı kəsilərək amansızcasına öldürülüb.
Cinayəti törədən şəxs İrenenin həm keçmiş sevgilisi, həm də iş yoldaşı olan Liu adlı şəxsdir. Onlar eyni gecə klubunda çalışırmış - İrene PR mütəxəssisi, Liu isə təhlükəsizlik işçisi kimi. İrene əvvəllər bank sektorunda işləyib, lakin sevgilisi ilə daha uyğun həyat sürmək üçün işini dəyişmişdi. Münasibətləri isə tezliklə zorakı xarakter almışdı.
Zorakılıq siqnalları vaxtında dəyərləndirilmədi
May ayında İrene polisdə Liu tərəfindən döyüldüyü barədə şikayət etmiş və məhkəmədən qoruma tələbi irəli sürmüşdü. Lakin Liu dəfələrlə çağırılmasına baxmayaraq məhkəmə prosesinə qatılmayıb.
Qətlə yetirilməzdən bir neçə gün əvvəl İrene sosial mediada yazmışdı:
"Biri soruşdu: niyə onu bloklamırsan? - Bloklamıram, çünki məni hər yerdə tapır. İş yerimə gəlib soruşur: burada işləyir?"
Bu paylaşım bir çox izləyici tərəfindən "gələcək faciənin xəbərçisi" kimi qiymətləndirilib.
Cinayətkarın etirafı
Saxlanıldıqdan sonra Liu keçmiş sevgilisinə 10 min funt-sterlinq borc verdiyini və pulu geri istəyəndə aralarında mübahisə düşdüyünü, nəticədə qətl törətdiyini etiraf edib. Cinayətdən sonra babasının evinə qaçsa da, ertəsi gün xüsusi təyinatlı polis tərəfindən saxlanılıb.
İctimai reaksiya
Bu faciəli hadisə Tayvanda böyük rezonans doğurub. Qadın hüquqları müdafiəçiləri məhkəmə və hüquqi müdafiə sistemlərinin zəifliyini tənqid edərək təcili islahatlara çağırıblar. Hadisə ilə bağlı çoxistiqamətli istintaq davam edir.
Kənan Son.az
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobil

27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətər edən şəxs saxlanıl�

Türkiyəli aktyor Tolqa Sarıtaş və moda dizayneri həyat yoldaşı Zeynəb M

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin r

Donald Tramp Hindistanın ABŞ-ilə ticarət razılaşması üçün Rusiyadan ne

Gənc və sağlam qalmaq hər kəsin arzusudur və bunun üçün həyat tərzind

Kamçatkada beş vulkan aktivləşib və onlara yaxınlaşmaq təhlükəlidir.

Türkiyəli aktyor İsmail Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki

İmişlidə üç nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Pərvin Abıyevanın gecəyarısı paylaşımı izləyiciləri heyrətləndirdi

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini z

UNICEF-in icraçı direktorunun müavini Ted Çayban bildirib ki, müharibə ba�
