Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq 12 illik araşdırma riski üzə çıxardı!
Digərləri 23 İyl 2025 02:02:00 83 0
ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərinin sağlamlıq üçün ciddi risklər daşıdığını ortaya qoyub.
Bu xəbəri də oxu: Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır
Son.az xəbər verir ki, ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun apardığı 12 illik araşdırma gündəlik makiyaj edən qadınlar arasında böyüklərdə başlayan astma xəstəliyinin yayılma riskini əhəmiyyətli dərəcədə artırdığını sübut edib. Araşdırmaya 40 minə yaxın qadın cəlb olunub və nəticələr narahatlıq doğurur.
Məlum olub ki, dodaq boyası, ənlik, göz kölgəsi, saxta dırnaqlar və cuticle kremləri kimi məhsullardan həftədə 5 dəfə və daha çox istifadə edən qadınlarda astma riski 47%-ə qədər artır. Bu məhsullarda olan bəzi kimyəvi maddələrin (paraben, ftalat, PFA və fenollar) immun və hormonal sistemlərə mənfi təsir göstərdiyi ehtimal olunur.
Mütəxəssislər məhsulların tərkibindəki Polifluoroalkil maddələr (PFA), ftalatlar, parabenlər və fenolların uzunmüddətli istifadədə tənəffüs sisteminə zərər verə biləcəyini bildirirlər. Bu maddələr bədəndə toplanaraq xroniki astma simptomlarına yol aça bilər.
Tədqiqatçılar bildirirlər ki, bu məhsullardan istifadə edən və tez-tez öskürək, nəfəs darlığı, hırıltı və döş qəfəsində sıxılma yaşayan qadınlar gecikmədən mütəxəssisə müraciət etməlidir.
Əvvəlki araşdırmalar göstərir ki, hamiləlik dövründə bu kimyəvi maddələrə məruz qalan qadınların uşaqlarında da astma riski yüksəlir. Bu isə yalnız fərdi deyil, nəsillərə təsir edən bir sağlamlıq problemi ilə üz-üzə olduğumuzu göstərir.
Yeməkdən sonra cəmi 30 dəqiqəlik gəzinti bağırsaq xərçəngi də daxil

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat El

Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaş

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Müğənni Aysun İsmayılovanın yeni sevgilisinin kimliyi ilə bağlı iddiala

"Black Sabbath" qrupunun qışqıran vokalçısı, daha sonra solo kar

Moskvada "Baza" "Telegram" kanalının baş redaktoru Qleb T

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.

Azərbaycanda satışda olan kərə yağlarının əksəriyyəti "yerli ist

İlk avtomobilinizi almaq asan məsələ deyil. Xüsusilə məhdud büdcəniz va

44 yaşlı A. Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha son

Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndiri

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Rusiya ərazisini
