“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib


Digərləri 22 İyl 2025 10:00:00 72 0

“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib

"EMEDIA GROUP" Media təşkilatının təşəbbüsü və rəhbərliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə milli mətbuatın 150 illiyi və Qərbi Azərbaycanın tarixini yaşadan xalça sənəti mövzusunda geniş təqdimatlar olub.

Bu mühüm mədəni-siyasi hadisə "Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşaraq, söz və fikir azadlığının təşviqi, milli mətbuat tariximizin təbliği və suverenlik ideyalarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbirin əsas məqsədi tariximizi yaşatmaq, dəyərlərimizi, maddi-mədəni irsimizi unudulmağa qoymamaq və gələcək nəsillərə ötürmək olub.

İllərdir "EMEDIA GROUP" Media Təşkilatı tərəfindən milli mətbuatın ildönümü münasibətilə keçirilən tədbirin yubiley buraxılışında tarixi dəyərlərə xüsusi yer ayrılıb. Tədbirin əsas hissələrindən biri olan "Qərbi Azərbaycan tarixini xalçalar danışacaq" mövzusu simvolik və mədəni yükü ilə diqqət çəkib. Xalça xalqımızın yaddaşını, tarixini və kimliyini toxunmuş formada əks etdirən dəyərli mirasdır. Qərbi Azərbaycan torpaqlarında toxunmuş hər bir xalça orada yaşamış insanların izini daşıyır və tariximizi gələcəyə ötürmək missiyasını yerinə yetirir. Odur ki, həmin təşəbbüs Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi önəmin, ictimai dəstəyin bariz nümunəsini özündə ehtiva edir.

Tədbirə xüsusi estetik dəyər qatan elementlərdən biri də "Babək" filmində Babəkin geyindiyi orijinal libasın nümayişi olub. Həmin tarixi geyim simvolik olaraq milli yaddaşın yaşadılmasına və keçmişlə bu gün arasında körpü qurulmasına xidmət edib.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə dövlət rəsmiləri, rəsmi qurumların nümayəndələri, yerli və Türkiyə mətbuatının təmsilçiləri, incəsənət və ictimaiyyət xadimləri iştirak ediblər.

"Əkinçi - 150 il: Tariximizin sözüdür" və "Qərbi Azərbaycan tarixini xalçalar danışacaq" mövzusunda keçirilən tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov və başqaları milli mətbuatın 150 illiyinin şanlı Zəfərimizin 5 illiyinin təntənəsində qeyd edildiyini və media nümayəndələrinin 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edilmiş Azərbaycandan dünyaya səsləndiyini diqqətə çatdırıblar. Beş il əvvəl media nümayəndələri üçün çox məsuliyyətli bir dönəm olduğunu bildirən çıxışçılar, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi torpaqları qəhrəmanların izi ilə qarış-qarış gəzən jurnalistlərin həqiqətləri çatdırmaq uğrunda mübarizəsinin davam etdiyini bildiriblər. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində mübarizəsinin, ünvanlanan suallara və ittihamlara faktlarla tutarlı cavablar verməsinin Azərbaycan mətbuatı üçün örnək olduğu bildirilib. Ölkəmizin dünyada artan nüfuzundan bəhs edən çıxışçılar bu gün azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlərdən, qlobal forumlardan danışıblar. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin aktiv olduğu, tezliklə həmin prosesin gerçəkləşəcəyinə və Azərbaycan mediasının həmin ərazilərdən də dünyaya səslənəcəyinə ümid ifadə olunub.

İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq – Qayıtmağa dəyərmi? like
  • 22 İyl 09:50  
Digərləri İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq – Qayıtmağa dəyərmi?

İyul ayı bəzi bürclər üçün romantik keçmişlə barışmaq və köhnə h

arrow Ətraflı
Bu ərazilərdə işıq olmayacaq like
  • 22 İyl 09:40  
Digərləri Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində

arrow Ətraflı
Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı like
  • 22 İyl 09:28  
Siyasət Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əl

arrow Ətraflı
Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir like
  • 22 İyl 09:25  
Kriminal Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülü

arrow Ətraflı
İki valyuta bahalaşdı, dollar isə... like
  • 22 İyl 09:17  
Digərləri İki valyuta bahalaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Ayşənin son videosu üzə çıxdı  “Bir gün ölsəm, bu videonu..." like
  • 22 İyl 09:10  
Dünya Ayşənin son videosu üzə çıxdı “Bir gün ölsəm, bu videonu..."

İstanbulda sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən öld

arrow Ətraflı
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi  FOTO like
  • 22 İyl 09:03  
Siyasət Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi FOTO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 22 iyul - Mill

arrow Ətraflı
Tramp məzuniyyətini bu ölkədə keçirəcək like
  • 22 İyl 06:06  
Dünya Tramp məzuniyyətini bu ölkədə keçirəcək

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay məzuniyy�

arrow Ətraflı
Geoloqlar gözlənilmədən qəribə mavi hovuz tapdı: Onun özəlliyi nədədir? like
  • 22 İyl 05:05  
Dünya Geoloqlar gözlənilmədən qəribə mavi hovuz tapdı: Onun özəlliyi nədədir?

2025-ci ilin aprel ayında ABŞ-nin Yellowstone Milli Parkında çalışan geolo

arrow Ətraflı
Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz like
  • 22 İyl 04:04  
Digərləri Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz

Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmada

arrow Ətraflı
2025 üçün qorxulu ssenari  Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi... like
  • 22 İyl 03:03  
Dünya 2025 üçün qorxulu ssenari Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi...

Məşhur bolqar görücü Vanqa və braziliyalı ekstrasens Athos Salome 2025-ci

arrow Ətraflı
Bağırsaq üçün ən yaxşı meyvə açıqlandı   Diabet riskini də azaldır like
  • 22 İyl 02:02  
Digərləri Bağırsaq üçün ən yaxşı meyvə açıqlandı Diabet riskini də azaldır

Moruq bağırsaq sağlamlığı üçün ən ideal meyvə elan edilib.

arrow Ətraflı
58 yaşında 4cü dəfə evlənir  FOTO like
  • 22 İyl 01:01  
Şou-biznes 58 yaşında 4cü dəfə evlənir FOTO

Tanınmış rejissor və aktyor Hamdi Alkan dördüncü dəfə nikah masasına o

arrow Ətraflı
Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ  Cinayətin DETALLARI like
  • 22 İyl 00:42  
Digərləri Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ Cinayətin DETALLARI

2024-cü il iyulun 20-də Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

arrow Ətraflı
Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı like
  • 22 İyl 00:30  
Digərləri Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı

Türkiyədə xına gecəsində ərini qısqanan gəlin xınanı bəyin əlinə

arrow Ətraflı