Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ Cinayətin DETALLARI


Digərləri 22 İyl 2025 00:42:00 79 0

Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ  Cinayətin DETALLARI

2024-cü il iyulun 20-də Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, qətl Əlif Hacıyev küçəsi, 35 ünvanında yerləşən fərdi yaşayış evində törədilib.

Otağın girişində, arxası üstə uzanmış vəziyyətdə, üz və boğaz nahiyəsində bıçaq xəsarətləri olan 1949-cu il təvəllüdlü Tahir Əliyevin meyiti aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Zahid İsayev saxlanılıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son.az Lent.az-a istinadla qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

Araşdırmalarla müəyyən edilib ki, Zahid İsayev iyul ayının əvvəllərindən etibarən Tahir Əliyevə məxsus evdə yaşayıb. O, təmizlik və digər məişət işlərini görmək müqabilində kirayədə qalıb. Lakin ev sahibi onun gördüyü işlərdən narazı qalaraq mütəmadi irad və təhqirlər edib.

İyulun 20-si gecə saat 1 radələrində Tahir Əliyev paltarların çirkli olmasına görə dizi ilə Zahid İsayevin qarnına zərbə vurub. Bu zaman aralarında dava baş verib. Zahid İsayev masanın üzərindəki məişət bıçağını götürərək, Tahir Əliyevin üz, boyun və boğaz nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə Tahir Əliyev ölüb.

Zahid İsayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində əşyalarla xuliqanlıq) maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ildə Prezidentin əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub.

İstintaq zamanı saxlanılan şəxs cinayəti etiraf edib və hadisənin necə baş verdiyini istintaq eksperimenti zamanı əyani şəkildə nümayiş etdirib.

Məhkəmədə ifadə verən Zahid İsayev bildirib ki, kirayə ev axtararkən Tahir Əliyevlə tanış olub:

"O, mənə evində qala biləcəyimi dedi. Ev ikimərtəbəli idi və orada üç ailə kirayədə yaşayırdı. Təmir, təmizlik işləri görmək müqabilində qalırdım. Onun paltarlarını yuyur, yemək bişirirdim. Ölkədən çıxışına qadağa qoyulduğu üçün tez-tez dövlət atributlarına qarşı nalayiq ifadələr işlədirdi. Bu da aramızda mübahisələrə səbəb olurdu. Hadisə günü məni boğmağa başlayanda, canımı qurtarmaq üçün bıçaqla zərbə endirdim. Zərbələrin çox olması onun məni buraxmaması ilə əlaqədardır. Hadisəyə kimin şahid olduğunu xatırlamıram".

Zərərçəkmişin hüquqi varisi, oğlu Eduard Əliyev bildirib ki, valideynləri faktiki ayrılıblar. O, bir müddət atasının evində yaşayıb, lakin tez-tez yaranan mübahisələrə görə oradan köçüb:

"Atam hər şeyə görə irad bildirirdi. Gecə onun evindən qışqırıq səsləri eşidib ora getdim. Gördüm ki, atam hərəkətsiz şəkildə yerdə uzanıb. Rəşad adlı şəxs dedi ki, onu Zahid bıçaqlayıb. Həkim artıq öldüyünü bildirdi".

Hadisə şahidlərindən biri, Yaşar Səmədov bildirib ki, 2023-cü ilin may ayından Tahir Əliyevin evində kirayə qalır:

"Gecə əmim oğlu ilə evə qayıdarkən Tahirlə Zahidin mübahisə etdiyini gördük. Zahid ona bıçaqla zərbə endirirdi. Tez yaxınlaşıb bıçağı əlindən aldım və əmim oğlundan qapını saxlamağını istədim. Sonra Tahiri çölə çıxardım. Qonşulara və təcili yardıma xəbər verdik".

Şahid qeyd edib ki, Zahid fiziki cəhətdən Tahirdən güclü olub və ev sahibi onu əvvəllər təhqir etsə də, bu, şahid tərəfindən müşahidə olunmayıb.

Dövlət ittihamçısı Zahid İsayevin 20 il azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi isə qanuna uyğun cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Zahid İsayevin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddəsinə uyğun olaraq düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid İsayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Milli.AZ

Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı like
  • 22 İyl 00:30  
Digərləri Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı

Türkiyədə xına gecəsində ərini qısqanan gəlin xınanı bəyin əlinə

arrow Ətraflı
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür like
  • 22 İyl 00:02  
Digərləri Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

arrow Ətraflı
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur like
  • 22 İyl 00:01  
Digərləri Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiyada ardarda güclü zəlzələlər oldu like
  • 21 İyl 23:54  
Digərləri Rusiyada ardarda güclü zəlzələlər oldu

Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər qeydə alınıb.

arrow Ətraflı
RusiyaUkrayna danışıqları bu tarixdə baş tutacaq like
  • 21 İyl 23:40  
Dünya RusiyaUkrayna danışıqları bu tarixdə baş tutacaq

İyulun 23-də Türkiyədə Ukrayna və Rusiya arasında danışıqların yeni r

arrow Ətraflı
AZALın təyyarəsini vuranın like
  • 21 İyl 23:20  
Digərləri AZALın təyyarəsini vuranın

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin

arrow Ətraflı
Razılıq əldə olundu  “Patriot”lar Ukraynaya göndərilir like
  • 21 İyl 23:14  
Dünya Razılıq əldə olundu “Patriot”lar Ukraynaya göndərilir

Almaniya yaxın vaxtlarda iki "Patriot" hava hücumundan müdafiə sis

arrow Ətraflı
İsti havada səhnə geyimi bəyənilmədi like
  • 21 İyl 22:58  
Şou-biznes İsti havada səhnə geyimi bəyənilmədi

Türkiyəli müğənni Sibel Can bu dəfə geyimi ilə gündəmə gəlib.

arrow Ətraflı
"Şakir Paşa ailesi" ilə bağlı qərar verildi like
  • 21 İyl 22:28  
Şou-biznes "Şakir Paşa ailesi" ilə bağlı qərar verildi

"Şakir Paşa Ailesi" serialının 2-ci mövsümü çəkilməyəcək.

arrow Ətraflı
Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir?  Dietoloqlardan məsləhət like
  • 21 İyl 22:14  
Digərləri Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir? Dietoloqlardan məsləhət

Ağlınız sakitləşmədikdə və bədəniniz rahatlaşmadıqda yatmaq çətind

arrow Ətraflı
İstirahət üçün adalar: Nüfuzlu analitiklər 5 ən yaxşını açıqladı like
  • 21 İyl 22:00  
Digərləri İstirahət üçün adalar: Nüfuzlu analitiklər 5 ən yaxşını açıqladı

Dünya üzrə turistlər arasında ada istirahətinə maraq artdığı üçün e

arrow Ətraflı
Avtobus sürücüsü sükan arxasında pivə içib? like
  • 21 İyl 21:52  
Digərləri Avtobus sürücüsü sükan arxasında pivə içib?

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

arrow Ətraflı
ABŞda gələcəyin kvant kompüterləri üçün əsas ola biləcək unikal çip yaradıldı like
  • 21 İyl 21:46  
Digərləri ABŞda gələcəyin kvant kompüterləri üçün əsas ola biləcək unikal çip yaradıldı

ABŞ-ın Boston şəhərində alimlər gələcəkdə kvant kompüterlərinin gen

arrow Ətraflı
Qalmaqallı meneceri yarı yolda qoyanlardan biri də o oldu like
  • 21 İyl 21:30  
Şou-biznes Qalmaqallı meneceri yarı yolda qoyanlardan biri də o oldu

Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu "�

arrow Ətraflı