ABŞda gələcəyin kvant kompüterləri üçün əsas ola biləcək unikal çip yaradıldı
Digərləri 21 İyl 2025 21:46:00 86 0
ABŞ-ın Boston şəhərində alimlər gələcəkdə kvant kompüterlərinin geniş istehsalına təkan verə biləcək unikal kvant çipi hazırlayıblar. Boston, Kaliforniya və Şimal-Qərb universitetlərinin tədqiqatçıları cəmi 1 kvadrat millimetr ölçüsündə olan bu miniatür "kvant işıq fabriki"ni təqdim ediblər.
Bu xəbəri də oxu: Emosional yorğunluqdan necə xilas olaq?
Son.az xəbər verir ki, universitetin bloqunda yayımlanan məlumata əsasən, çip 45 nanometrlik CMOS texnologiyası ilə istehsal olunub - bu, klassik x86 və ARM prosessorlarının da istehsalında istifadə olunan texnologiyadır.
Çipin daxilində 12 kiçik halqa-rezonator yerləşir. Bu rezonatorlar kvant texnologiyaları üçün vacib olan dolaşıq foton cütlərini yaradır. Əvvəllər belə fotonlar yalnız bahalı və kövrək qurğular vasitəsilə əldə edilirdi.
Əsas innovasiya təkcə kvant işığının generasiyasında deyil, həm də bu sistemin necə sabit saxlanılmasındadır. Belə rezonatorlar temperaturun kiçik dəyişiklikləri ilə belə işləmə vəziyyətindən çıxa bilər. Bu problemi həll etmək üçün alimlər hər bir generatora miniatür fotodetektor, qızdırıcı və idarəedici sxem yerləşdiriblər. Bu mexanizmlər sayəsində sistem özünü avtomatik tənzimləyir və xarici stabilizatorlara ehtiyac qalmır.
Alimlər qeyd edir ki, bu texnologiyanın əsas üstünlüyü onun artıq mövcud olan sənaye istehsalı imkanları ilə tam uyğunluğudur. 45-nanometrlik texnoloji proses ən yeni olmasa da, yetkin, etibarlı və geniş tətbiq sahəsinə malikdir.
Boston Universitetinin professoru Miloş Popoviç bildirib ki, bu inkişaf göstərdi ki, mürəkkəb kvant komponentlərini adi prosessorlar kimi kütləvi şəkildə istehsal etmək mümkündür.
Layihə ABŞ-ın Milli Elm Fondunun və digər qurumların dəstəyi ilə həyata keçirilir. Layihənin bəzi iştirakçıları artıq "Google X", "PsiQuantum" və "Ayar Labs" şirkətlərində çalışırlar./Qaynarinfo
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu "�

Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yara

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləş�

Novxanı çimərliyində daha bir bədbəxt hadisə baş verib.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqıs�

Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm bünövrəyə malik o

Aparıcı Elgiz Əkbər bir çox bayağı mahnı ifaçılarının proqramında &

Alimlər Albaniyada yerləşən xrom mədənində təbiətdə nadir hallarda ras

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda mill

Paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsində ölümlə nəticələnən

Ağcabədi sakini ötən il vəfat edən atasının adına olan həyətyanı sah

Polşanın enerji sektorunda dönüş nöqtəsi ola biləcək mühüm kəşf edi

Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərdarlıq mesajları nara

"İçimizdəki o saf, sevinən uşağı qoruyub saxlamaq həyatı daha rən
