Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyinçiyinə, inamla və uğurla irəliləyir
Siyasət 15 İyl 2025 12:05:00 56 0
Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Bu xəbəri də oxu: Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı məlum olub
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd edilib: "Doqquz il əvvəl - 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.
Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul - "Demokratiya və Milli Birlik Günü" güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.
Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə "Bir millət, iki dövlət" prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.
Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.
Siz hazırda da "Terrorsuz Türkiyə" hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu".
Dövlətimizin başçısı, həmçinin bildirib ki, bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir.
"Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram", - deyə Prezident İlham Əliyev qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

...Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işar

İstanbulda universitet tələbəsi olan Ayşə Tokyazın meyiti çamadanın iç

Hindistanın Pəncab ştatında "Turbanlı Tornado" ləqəbli, dünyan

Xalq artisti Rasim Balayev maraqlı açıqlamalar verib.

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

"İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın səd

Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud p

Üzdə gənə təhlükəli xəstəlik sayılır. Onun elmi adı demodeksdir. Pat

Türkiyədə FETÖ terror təşkilatının maliyyə strukturunu hədəf alan gen

Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Mehdi Səmədli vəf

İyunun 12-si 35 yaşlı qadın arı sancmasından komaya düşüb.
