Sözə Tanrının gözü ilə baxan adam.. YUNUS OĞUZ 65
Digərləri 15 İyl 2025 12:00:00 79 0
...Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə, kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir.
Bu xəbəri də oxu: Hacıqabul və Bərdədə avtomobil yanıb
Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də. İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə, köküylə üz-üzə qoyan, öz cığırından çıxmayan, sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək, eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil. Bu da böyük cəsarət tələb edir. Zənnimcə Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir. Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb.
"Əmir Teymur", "Uçurum", "Nadir şah", "Cığır" və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun "Türk etnonimi və törələri " adlı əsərini ( Əsər Olaylar.az saytında yayımlanıb, hazırda çap ərəfəsindədir-red) oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi, törələr, qanunlar, ilk ailə anlayışı, ibtidai cəmiyyət, olum, ölüm, ruh, ibtidai inanclar, "Bozqurd "fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy-kökümüz haqqında oxucuya yeni məlumat verir.
Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən, onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub.
Yazıçı qədim türk dövlətlərinin yaranması, coğrafiyası, inkişafı, mübarizəsi haqqında da geniş məlumat verir.
Türk inanclarına görə, Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük, ədalət, insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub.
Xəbərə aid video
İstanbulda universitet tələbəsi olan Ayşə Tokyazın meyiti çamadanın iç

Hindistanın Pəncab ştatında "Turbanlı Tornado" ləqəbli, dünyan

Xalq artisti Rasim Balayev maraqlı açıqlamalar verib.

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

"İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın səd

Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud p

Üzdə gənə təhlükəli xəstəlik sayılır. Onun elmi adı demodeksdir. Pat

Türkiyədə FETÖ terror təşkilatının maliyyə strukturunu hədəf alan gen

Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Mehdi Səmədli vəf

İyunun 12-si 35 yaşlı qadın arı sancmasından komaya düşüb.

Ulduzlar bu günlərdə bəzi bürclərə xüsusi enerji göndərir. Onlar həya

Hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı yenid

Qəzza zolağı - burası təkcə silah səsləri, dağıntılar və blokadalarl
