Bütün zamanların 5 ən ekzotik avtomobili
Digərləri 15 İyl 2025 04:04:00 74 0
Avtomobil təkcə nəqliyyat vasitəsi deyil, həm də sərhədsiz yaradıcılıq platformasıdır.
Bu xəbəri də oxu: Azərbaycanda zəlzələ oldu
Bəzən dizaynerlər və mühəndislər sanki avtomobili kim daha qəribə, daha qeyri-adi və daha ekzotik edə biləcək deyə yarışırlar.
Son.az bildirir ki, bu barədə "Pravda.ru" nəşri məlumat verib.
Nəşr hər kəsi təəccübləndirə biləcək avtomobil təxəyyülünün 5 ən ekzotik əsərini təqdim edib.
1. "Tatra 77" (Çexoslovakiya, 1934)
Dünyada aerodinamik kuzovu olan ilk seriyalı avtomobildir. 30-cu illərdə bu, təkərlər üzərində əsl kosmik gəmi idi. Mühərriki arxada yerləşən və futuristik dizayna malik avtomobil öz zamanını bir neçə onilliklər qabaqlayır. Müasir dillə desək, "yan küləyin" və qəribə yanaşmaların kralıdır.
2. "Rinspeed Splash" (İsveçrə, 2004)
Kvadratda ekzotika - təkcə quruda hərəkət etməyi deyil, həm də üzməyi bacaran dörd təkər üzərində amfibiya. Piknikə və qəfildən balıq tutmağa getmək istədiyiniz zaman "Splash" istənilən macəralara hazırdır. Amma "yerüstü" dizayn çoxlu suallar doğurur.
3. "BMW GINA" (Almaniya, 2008)
Bu sadəcə bir avtomobil deyil - sənət əsəri və mühəndis ekstravaqantlığının nümunəsidir. Adi kuzov əvəzinə elastik parça qabığına malikdir ki, sürücünün istəyinə uyğun olaraq formasını dəyişə bilir. Təsəvvür edin ki, avtomobiliniz müxtəlif "kostyumlar" "geyinə" bilər. Gələcək? Daha çox sürrealizmdir.
4. "Cizeta-Moroder V16T" (İtaliya, 1991)
16 silindrli V formalı mühərrikli superkar - fantastika kimi səslənsə də, reallıqdır. İri həcmli və nadir avtomobil qeyri-adi gücə malikdir. Heyranlıqdan daha çox suallar doğurur.
5. "İj-2125 "Kombi" (SSRİ, 1973)
Bəli, bu sovet ekzotikasıdır. "Furqon" kuzovlu universal əsl xalq avtomobilinə çevrilməyi bacarıb. Qeyri-adi dizaynlı avtomobil heyrətamiz dərəcədə praktikliyə və xarakterə malikdir, buna görə də, bu qədər yaddaqalandır. /Oxu.Az
Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnik

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayes

2023-cü ildə Avropa İttifaqında tam ştatlı işçiyə düşən orta düzəl

Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşə

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis

50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq e

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərin

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron il�

Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və
