Sərinkeşin qarşısında yatmaq zərərlidir?
Digərləri 15 İyl 2025 00:30:00 87 0
Sərinkeşin (ventilyatorun) altında yatmaq, xüsusilə isti yay gecələrində bədəni sərinlətdiyi üçün rahat görünə bilər. Lakin bu vərdişin sağlamlığa mənfi təsirləri ola bilər və bir sıra riskləri özü ilə gətirir
Bu xəbəri də oxu: Bütün zamanların 5 ən ekzotik avtomobili
Son.az bildirir ki, ən çox rast gəlinən problemlərdən biri əzələ tutulması və ağrılardır. Sərinkeşdən gələn davamlı soyuq hava axını boyun, kürək və bel nahiyəsini soyudaraq əzələlərin gərginləşməsinə səbəb olur. Bu da yatdıqdan sonra səhər oyananda boyun və çiyin ağrısı, hərəkət məhdudluğu kimi narahatlıqlar yarada bilər. Uzun müddət belə yatmaq əzələ-oynaq sistemində xroniki problemlərə də yol aça bilər.
Digər bir ciddi məqam isə nəfəs yolları ilə bağlıdır. Ventilyator otaqda olan toz, polen, tüklər və digər allergenləri havada dövr etdirdiyi üçün bu maddələri nəfəs yolu ilə bədənə daxil etmək riski artır. Xüsusilə allergiyası, sinusiti və ya astması olan insanlar üçün bu, ciddi tənəffüs problemlərinə səbəb ola bilər. Gecə boyu havadakı quru və tozlu axın burun quruluğu, boğaz yanması və öskürəklə nəticələnə bilər. Bundan əlavə, ventilyator havanı qurutduğu üçün dərinin və selikli qişaların qurumasına da səbəb ola bilər. Belə hallar qarşısında ən yaxşı üsul sərinkəşi birbaşa bədənə yönəltməmək, hava axınını otağın ümumi dövranına istiqamətləndirmək və mümkün qədər aralıdan istifadə etməkdir. Həmçinin otağı gündəlik havalandırmaq və nəm səviyyəsini qorumaq da sağlamlıq baxımından faydalı olar.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşə

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis

50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq e

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərin

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron il�

Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və

Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�

"30 ildir bu sektordayam. Azərbaycanda "darknet"də reallaşan b

"Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölk�
