Türkiyədə bələdiyyə sədri həbs edildi FOTO
Digərləri 14 İyl 2025 10:00:00 69 0
Şile Bələdiyyəsində aparılan rüşvət və korrupsiya istintaqı çərçivəsində bələdiyyə başçısı Özgür Kabadayı da daxil olmaqla 5 vəzifəli şəxs barəsində həbs qərarı çıxarılıb.
Bu xəbəri də oxu: İsti havada mühərrikin çox qızmaması
Son.az türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Anadolu Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun başlatdığı istintaq çərçivəsində saxlanılan şübhəlilər - Bələdiyyə Başçısı Özgür Kabadayı, başkan yardımçısı Tuncay Tolga Özçakmak, hüquq müşaviri Ali Şafak, rayonlaşdırma direktoru Aslı Kotan və lisenziyalaşdırma üzrə nəzarətçi Evren Buçhan - məhkəmənin qərarı ilə həbs olunaraq həbsxanaya göndərilib.
Prokurorluğun açıqlamasına görə, şübhəlilərin podratçılardan və vətəndaşlardan müxtəlif bələdiyyə icazələrini sürətləndirmək və təmin etmək məqsədilə 15 min avrodan 50 min avroya qədər rüşvət aldıqları müəyyən edilib. Sübutlar arasında səs yazıları, WhatsApp mesajları, fotolar və şahid ifadələri də yer alıb.
Əməliyyat zamanı hüquq müşaviri A.Ş. 20 min avro rüşvət alarkən cinayət başında yaxalanıb.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bu il Azәrbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidәsi olan "�

14 iyul Bazar ertəsi bürclər üçün enerjili bir başlanğıc vəd edir. X�

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xan

Yayın istisi istənilən avtomobil üçün əsl sınaqdır. Mütəxəssislər x

Xalq artisti Aygün Kazımova görüntüsü ilə marağa səbəb olub.

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir.

Hollivud ulduzu Skarlet Yohansson kino tarixində ən çox kassa gəliri gətir

"ASAN Radio"nun direktoru Emin Musəvi istirahət üçün Amerikaya ü

Fransanın cənub-şərqindəki Korba şəhərindəki həbsxanadan 20 yaşlı m�

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Vor

Keçmiş prezident Boris Yeltsinin prezidentlik təklifi mənim üçün gözlən
