"Mədəni irs bəşəriyyətin ortaq dəyəridir və Azərbaycan UNESCO missiyasına daim sadiq qalır"
Kriminal 14 İyl 2025 09:54:00 82 0
Bu il Azәrbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidәsi olan "İçәrişәhәr, Şirvanşahlar Sarayı vә Qız Qalası" kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü tamam olur. Bu yubiley tәkcә Azәrbaycanın qlobal mәdәni irsә verdiyi töhfәnin bir göstәricisi deyil, eyni zamanda mәdәni irsin qorunması sahәsindә son 25 ildә ölkәmizin qazandığı zәngin tәcrübәnin parlaq tәcәssümüdür.
Bu xəbəri də oxu: Ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə xüsusi tapşırıqlar üzrә sәfir - UNESCO üzrә Azәrbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fәtәliyev UNESCO-nun 47-ci sessiyasında İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu tәdbirin UNESCO-nun Baş qәrargahında keçirilmәsi rәmzi mәna daşıyır vә bu, bir daha göstәrir ki, mәdәni irsin qorunması ümumbәşәri mәsәlә kimi bütün ölkәlәrin birgә sәylәrini tәlәb edir:
"Mәlum olduğu kimi, İçәrişәhәr orada baş vermiş zәlzәlәnin fәsadları, urbanizasiya problemlәri vә konservasiya imkanlarının mәhdudluğu sәbәbindәn Ümumdünya İrs Siyahısına daxil edilmәsindәn cәmi bir neçә il sonra - 2003-cü ildә "Tәhlükә Altındakı Ümumdünya İrs Siyahısı"na daxil edilmişdi. "İçәrişәhәr" Tarix-Memarlıq Qoruğu İdarәsinin yaradılması, inteqrә edilmiş idarәetmә sisteminin tәtbiqi, elmi әsaslı konservasiya planlarının hazırlanması vә ardıcıl hәyata keçirilmәsi nәticәsindә 2009 cu ildә İçәrişәhәr yenidәn әsas siyahıya qaytarıldı. Bu, UNESCO tәcrübәsindә nadir hallarda rast gәlinәn uğurlu nümunәlәrdәn biri kimi tarixә düşdü".
Onun sözlərinə görə, mәdәni irsin qorunmasında dövlәt qurumlarının fәaliyyәti ilә yanaşı, ictimaiyyәtin mәlumatlandırılması vә dәstәyi dә hәlledici rol oynayır.
"Bu baxımdan "Trend" İnformasiya Agentliyinin fәaliyyәtini xüsusi qeyd etmәk istәrdim. Agentlik 1 mәdәni irsin qorunması, tәbliği vә ictimai müzakirәlәrә çıxarılması sahәsindә uzun illәr әrzindә ardıcıl şәkildә fәaliyyәt göstәrmiş, hәm ölkә daxilindә, hәm dә beynәlxalq müstәvidә maariflәndirici materiallar tәqdim etmәklә geniş auditoriyaya tәsir göstәrib. Bu kimi kommunikasiya tәşәbbüslәri irsin ictimai dәyәrinin formalaşmasında, onun qorunması üçün cәmiyyәtin sәfәrbәr edilmәsindә mühüm rol oynayır".
O əlavə edib ki, hazırda Azәrbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunәsi yer almaqdadır: "Bunlardan dördü mәdәni irs kateqoriyasına aiddir: "İçәrişәhәr, Şirvanşahlar Sarayı vә Qız Qalası", "Qobustan qayaüstü mәdәni landşaftı", "Xınalıq mәdәni landşaftı vә Köç Yolu", "Şәkinin tarixi mәrkәzi vә Xan Sarayı". Bir abidәmiz - "Hirkan meşәlәri" isә Azәrbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tәbii irs nümunәsidir. Qarşıdakı illәrdә hәm mәdәni, hәm dә tәbii irs kateqoriyalarında yeni nominasiya dosyelәrinin hazırlanaraq UNESCO-ya tәqdim olunması nәzәrdә tutulur. Bu proses çәrçivәsindә elmi әsaslandırmalar, mütәxәssis rәylәri vә yerli icmaların iştirakı ilә yeni obyektlәrin beynәlxalq sәviyyәdә tanıdılması üçün ciddi hazırlıq işlәri aparılır".
Baş katib vurğulayıb ki, Azәrbaycan UNESCO-nun 1972-ci il Konvensiyasının fәal tәrәfdaşıdır.
14 iyul Bazar ertəsi bürclər üçün enerjili bir başlanğıc vəd edir. X�

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xan

Yayın istisi istənilən avtomobil üçün əsl sınaqdır. Mütəxəssislər x

Xalq artisti Aygün Kazımova görüntüsü ilə marağa səbəb olub.

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir.

Hollivud ulduzu Skarlet Yohansson kino tarixində ən çox kassa gəliri gətir

"ASAN Radio"nun direktoru Emin Musəvi istirahət üçün Amerikaya ü

Fransanın cənub-şərqindəki Korba şəhərindəki həbsxanadan 20 yaşlı m�

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Vor

Keçmiş prezident Boris Yeltsinin prezidentlik təklifi mənim üçün gözlən

Hindistanda bir kəndin normal yolunun olmaması səbəbindən on ildən artıqd
