Çay evində zarafat faciə ilə bitdi : Çayçı qətlə yetirildi TƏFƏRRÜAT
Digərləri 12 İyl 2025 11:16:00 94 0
Göyçay rayonunda çayxanada zarafat qətl hadisəsi ilə nəticələnib.
Bu xəbəri də oxu: FHN əhaliyə xəbərdarlıq etdi
Son.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən çay evlərindən birində baş verib.
Rayonun Potu kənd sakini, 1999-cu il təvəllüdlü Mehdi Məmmədov çay evində olarkən orada çayçı işləyən, 1980-ci il təvəllüdlü Rza Əhmədovun müştəri tanışları ilə zarafat etdiyini görüb. Rza Əhmədov tanışlarına yaxınlaşaraq nə isə dedikdən sonra əlini M.Məmmədov tərəfə tuşlayıb nəsə deyib. Bundan sonra çayxanadakı müştərilər gülüblər.
M.Məmmədov Rza Əhmədova yaxınlaşaraq onun haqqında müştərilərə nəsə dediyini soruşub. R.Əhmədov isə onun barəsində heç nə danışmadığını, tanışları ilə zarafat etdiyini bildirib. Bundan sonra M.Məmmədov kafedən çıxıb evinə gedib. Gecə saatlarında evdən çıxıb və yaxınlıqdakı marketə gedib, oradan bıçaq alıb və qolunda gizlədib, sonra yenidən çayxanaya qayıdıb.
Çayxananın qarşısında o, R.Əhmədova yaxınlaşaraq yenidən həmin söhbətə qayıdıb. R.Əhmədov əlini belinə qoyaraq, yenidən onun haqqında heç nə demədiytini bildirsə də, M.Məmmədov ona inanmayıb. O, Rzanın əlini belinə qoymasını Rzanın belindən bıçaq çıxaracağını zənn edib. Bu vaxt M.Məmmədov cəld qolundakı bıçağı çıxaraq Rza Əhmədovu vurub. O, Rzaya 4 bıçaq zərbəsi vurduqdan sonra hadisə yerini tərk edib.
Müğənni Aisel "İlk günah" adlı yeni layihəsindən ilk görünt�

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

Ermənistanın Baş naziri, Mülki Müqaviləsi Partiyasının İdarə Heyətini

Türkiyədə Antalya Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr

İyulun 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən ba

Yekaterinburqun Koltsovo hava limanında Azərbaycana bəyan olunmamış dərman

İşğaldan azad edilən ərazilərdə səfərdə olan tanınmış dünya səyya

Sumqayıtda ailə münaqişəsi zəminində kürəkən öz qayınatasını öld�

Yaponiya avtomobil nəhəngi Nissan, Murano, Pathfinder və Frontier modellərin

Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bəzən bir baxış, bir səssizlik, ya da yalnız bir fikir belə onları ağla
