"Murano" və "Pathfinder"in istehsalı dayandırılır
Digərləri 12 İyl 2025 10:02:00 67 0
Yaponiya avtomobil nəhəngi Nissan, Murano, Pathfinder və Frontier modellərinin istehsalını ABŞ-də müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Qərar Tennessee və Mississippi ştatlarında yerləşən iki böyük zavodun fəaliyyətinin dondurulması ilə müşayiət olunur.
Bu xəbəri də oxu: Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar FOTO
Məlumata görə, bu addım ABŞ ilə Kanada arasında tətbiq olunan yeni tariflər fonunda atılıb. ABŞ administrasiyasının xarici avtomobillərə 25%-lik əlavə vergi tətbiqi qərarına cavab olaraq Kanada da analoji tədbirlər görüb. Nəticədə Kanadaya ixrac olunan bəzi Nissan modellərinin istehsalı rentabelliyini itirib.
Son.az xəbər verir ki, Nissan-ın rəsmi açıqlamasında bildirilib ki, bu, qısa müddətli addımdır və vəziyyət normallaşacağı təqdirdə istehsal bərpa ediləcək.
Bundan əlavə, şirkət 2025-ci il üçün qlobal restrukturizasiya planı çərçivəsində ümumilikdə 7 zavodun bağlanmasını, 20 min iş yerinin ixtisarını və platformaların 13-dən 7-yə qədər azaldılmasını planlaşdırır. Şirkət rəhbərliyi bu strategiyanı "Re:Nissan" adı altında həyata keçirir.
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bəzən bir baxış, bir səssizlik, ya da yalnız bir fikir belə onları ağla

Polşa qırıcı təyyarələrini havaya qaldırıb.

İyulun 12-də saat 07:18-də İsmayıllıda zəlzələ baş verib.

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə keçirilən tədbirlərin birinə qat�

Bəzi əşyalar xüsusilə qadınlara hədiyyə edilərkən "qadağan olunm

Türk pop musiqisinin ən güclü simalarından biri olan Hadisə, son dövrlər

Qarpız tumlarının "təbii viaqra" təsiri göstərdiyi irəli sür�

Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş v

Avstraliyada 22 yaşlı qız xərçəng simptomlarını menstruasiya ilə səhv
