İlham Əliyev Mariam Kvrivişvilini qəbul edib FOTO
Siyasət 11 İyl 2025 11:38:00 70 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Bu xəbəri də oxu: Pambıq istehsalçılarına qəbz elektron formada veriləcək
Son.az xəbər verir ki, Prezident İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirdi.
Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiyini dedi.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini ölkəmizə etməsini məmnunluqla xatırlayaraq, bunun Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.
Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlətimizin başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd etdi.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulandı, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələrimiz deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olundu. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirdi.
Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaş olduğunu vurğulandı, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunuldu, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" qanunda dəyi

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ər

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının

Rusiyanın Krasnoyarsk şəhərində inşa olunan 25 mərtəbəli yaşayış bin

Türkiyədə "Terrorsuz Türkiyə" prosesində yeni və tarixi mərhə

Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısını

Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsu

Müğənni Əlikram Bayramov itkin düşdükdən 35 gün sonra tapılan qardaş�

Fransa Prezidenti Emmanuel Makron bir daha həyat yoldaşı Bricitlə bağlı qa

Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vənda

Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cans

"Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələy

Ağdamın Qızıl Kəngərli kəndində bərpa tikinti işləri aparılarkən in

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ail�
