Kürəkəni ilə məhkəmədə üzüzə 14 milyon manat "hara uçdu?"
Kriminal 11 İyl 2025 09:56:00 83 0
İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdirilib.
Bu xəbəri də oxu: Daha 2 abidəmiz UNESCOnun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
Son.az musavat.com-a istinadla xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.
Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus "Atlant" Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.
İbtidai istintaq zamanı "Atlant" istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxs kimi iştirak edir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb.
Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəldilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq. Bu arada təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə daha bir vəkil qoşulub. Ceyhun Yusifov ötən prosesdə çıxış edərək iş materialları ilə tanış olmaq üçün vaxt istəmişdi. Hakim vəkilin xahişini nəzərə alıb.
Qeyd edək ki, ötən məhkəmə iclasında "Atlant" istirahət mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmasını istəmişdi. Məhkəmə prosesində Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bunu 10 gün əvvəl qardaşı Rövşənin vəfat etməsi ilə əlaqələndirib. O, məhkəmədə iştirak edən maraqlı şəxs, qayınatası olan "Atlant"ın sahibi Tahir Qədəşovu ittiham edib: "Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!" Tahir Qədəşov isə onun fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibb bacısı dəvət olunub. Nofəl Hacıyevə tibbi yardım göstərilib. Müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir.
Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb. Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, "Atlant" istirahət mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov yaşıllıqları məhv edib, 800-dən çox ağacı kəsib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Astroloqlar xəbərdarlıq edir: bəziləri üçün bu həftə çətinliklər d�

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində

İsrail Qəzza zolağındakı münaqişənin diplomatik yolla həllinə razıdı

İstər yerli, istərsə də xarici klublarda çıxış edən Azərbaycanlı fut

Müğənni Ofeliya Şabanova qalmaqallı açıqlama verib.

Meksikanın San-Pedro-Uuamelula şəhərinin meri miniatür timsah - Miqelana Es

Yayın ən çox istehlak edilən meyvələrindən biri də gilasdır.

Müğənni və aparıcı Məhin Hümbətova paylaşımı ilə diqqət çəkib.

Xalq artsiti Röya Ayxanın xalası qızı Aygül Bayramova maraqlı açıqlama

ABŞ Azərbaycan və Ermənistanın sülh prosesinin irəliləməsini istiqamət

Range Rover 55 ildən sonra loqosunu yeniləyib.

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında yax

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
