"İranın Ermənistandakı səfirinin bununla bağlı iddiaları qəbuledilməzdir"


Siyasət 09 İyl 2025 13:37:00 69 0

"İranın Ermənistandakı səfirinin bununla bağlı iddiaları qəbuledilməzdir"

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına dair şərhində deyilir.

"İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.

Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.

Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.

Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir.

Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil", - o qeyd edib.

"Avropa heç vaxt Ukraynanı tək qoymayacaq" like
  • 09 İyl 13:27  
Dünya "Avropa heç vaxt Ukraynanı tək qoymayacaq"

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya səfəri çərçivəsində

arrow Ətraflı
Manatın məzənnəsində dəyişiklik olacaq?  vacib AÇIQLAMA like
  • 09 İyl 13:14  
Digərləri Manatın məzənnəsində dəyişiklik olacaq? vacib AÇIQLAMA

Bu şəraitdə manatın nominal effektiv məzənnəsinin qısamüddətli dövrd�

arrow Ətraflı
Əməkdar artist istefa verdi like
  • 09 İyl 13:13  
Kriminal Əməkdar artist istefa verdi

Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev işdə

arrow Ətraflı
650 abonent qazsız qalacaq like
  • 09 İyl 13:03  
Digərləri 650 abonent qazsız qalacaq

Astara rayonunda dörd yaşayış məntəqəsində qaz təchizatı dayandırıla

arrow Ətraflı
Məhkəmə Bəşir Süleymanlı barədə qərar verdi like
  • 09 İyl 13:00  
Kriminal Məhkəmə Bəşir Süleymanlı barədə qərar verdi

"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı

arrow Ətraflı
Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib like
  • 09 İyl 12:59  
Digərləri Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib

2025-ci il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 260 minə ya

arrow Ətraflı
Tatlısəs bina tikdirir  Hər qızına 5 mənzil verəcək like
  • 09 İyl 12:47  
Şou-biznes Tatlısəs bina tikdirir Hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını a

arrow Ətraflı
Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış like
  • 09 İyl 12:41  
Dünya Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış baş verib.

arrow Ətraflı
Həbs müddəti uzadıldı like
  • 09 İyl 12:34  
Kriminal Həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində "İştirak Evi" MMC-nin təsisçisi

arrow Ətraflı
Sabah isti olacaq like
  • 09 İyl 12:15  
Digərləri Sabah isti olacaq

Azərbaycanda iyulun 10-u bəzi yerlərdə 38 dərəcə isti gözlənilir.

arrow Ətraflı
“Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir” like
  • 09 İyl 12:12  
Digərləri “Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir”

Rəqəmsal ödənişlərin sürətlə artdığı dövrdə kart oğurluğu hallar

arrow Ətraflı
Sabah ƏbuDabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək like
  • 09 İyl 12:03  
Siyasət Sabah ƏbuDabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən s

arrow Ətraflı
Əhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda like
  • 09 İyl 12:00  
Digərləri Əhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda

"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz art

arrow Ətraflı
Pensiyalar bu tarixdə veriləcək like
  • 09 İyl 11:59  
Digərləri Pensiyalar bu tarixdə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
"Mən öləndə şəklimi paylaşarsınız" like
  • 09 İyl 11:48  
Şou-biznes "Mən öləndə şəklimi paylaşarsınız"

Müğənni Nəfəs açıqlması ilə diqqət çəkib.

arrow Ətraflı