Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib
Digərləri 09 İyl 2025 12:59:00 81 0
2025-ci il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 170 minə yaxını "Bakı KOB evi"nin, 54 minə yaxını "Yevlax KOB evi"nin, 34 minə yaxını isə "Xaçmaz KOB evi" və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.
Bu xəbəri də oxu: "Mətbuatın yaranması 1918 ci ildə Xalq Cümhuriyyətinin yaranmasına da zəmin yaratdı" Əli Vəliyev
Göstərilən xidmətlərin 232 mindən çoxu dövlət qurumları ("G2B"), 24 mindən çoxu isə biznes qurumları ("B2B") tərəfindən göstərilib.
Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər və s. üçün müraciət ediblər.
Cari ilin I yarısında KOB evlərində yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayraq, inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir.
Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını a

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış baş verib.

Rəqəmsal ödənişlərin sürətlə artdığı dövrdə kart oğurluğu hallar

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən s

"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz art

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Dünyanın qeyri-sabit və getdikcə daha da qütbləşən bir mərhələyə qə

PKK lideri Abdullah Öcalan 26 ildən sonra ilk dəfə yayımlanan videomüraci�

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilots

Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev

Müğənni Xuraman Şuşalı mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ilə b
