Yay başlayandan bu gəncləri itirmişik Hamısı boğularaq ölüblər FOTO
Digərləri 08 İyl 2025 21:15:00 83 0
Hər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar bəzən bədbəxt hadisələrlə üzləşirlər. Belə hadisələrin böyük əksəriyyəti bölgələrdə baş verir. Bəzən uşaqlar, yeniyetmələr təhlükənin ciddiyyətinin fərqinə varmırlar və bu, sonda bir ailənin faciəsinə çevrilir.
Bu xəbəri də oxu: Sabah hava yağışlı olacaq
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, təkcə bu ilin iyun-iyul ayı ərzində suda boğulan bəzi uşaqlar və yeniyetmələrlə bağlı məlumatları təqdim edir.
Belə bədbəxt hadisələrdən biri iyulun 3-də Astarada qeyd alınıb. Kijəbə qəsəbəsində 15 yaşlı Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıqdan qəsəbə ərazisində olan su anbarına düşərək ölüb.
İyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 17 yaşlı Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə Beyləqanda Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində də bədbəxt hadisə baş verib. Rayonun Eyvazalılar kənd sakini, 16 yaşlı Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.
Bir gün sonra isə Şəmkirdən dəhşətli xəbər gəlib. Üç uşaq rayonun Qədimqala kəndi ərazisindəki süni göldə boğulub.
Bədbəxt hadisə zamanı ölən 9 yaşlı Fərdi Teymurxan oğlu Nadirli, 7 yaşlı Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.
Məlumata görə, onlar 4 yaşlı əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar.
Ötən ay isə Şəmkirdə 21 yaşlı İbrahimov Ümid Elxan oğlu və 20 yaşlı Aliyə Həsənova suda boğulublar. Sevgili olduğu bildirilən gənclər Şəmkirçay su anbarında batmışdı.
İyun ayının sonlarında isə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 16 yaşlı Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.
Hər yay mövsümündə Bakıda və Abşeronda dənizdə batanlarla bağlı xəbərlər də yayılırdı. Bu yay havaların bir qədər qeyri-sabit keçməsi çimərliklərə axın edənlərin qarşısını kəsib. Bəlkə də hava şəraiti kimlərinsə həyatını xilas edib...
Son.az "Teen Vogue"a istinadla xəbər verir ki, bu həftənin ən bö

Çin avtomobil istehsalçısı BYD Avropanın elektrikli avtomobil (EV) bazarın

Türkiyəli müğənni İbrahim Tatlısəsin şəxsi həyatı ilə bağlı maraq

Qarındakı piyləri 1 aya azaltmağa kömək edə biləcək 9 faydalı vərdiş

2025-ci il iyulun 8-də, saat təxminən 16:00 radələrində Ermənistan Müdaf

Avropa İttifaqının qərarına əsasən Bolqarıstan 2026-cı il yanvarın 1-

ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirin

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il t�

Yay mövsümündə avtomobillərin yolda qalma halları artır. Mütəxəssislə

Yay aylarında sərinlədici dondurmaya tələbat artır. Artıq bu ləzzətli d

Rusiya Prezidenti Vladimir Putin dünən, 7 iyul 2025-ci ildə, əvvəlcə nəql

Son günlər müşahidə olunan sərin hava şəraiti çimərlik biznesini çök

Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisa

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ər
