"Dəfələrlə mənə deyib ki, övladınız olmur, ayrıl..." Günelin əri
Kriminal 08 İyl 2025 19:46:00 77 0
Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.
Bu xəbəri də oxu: Xalq artisti Qurban Primovun 145 illik yubileyi qeyd olunub FOTO
Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb.
İlkin versiyaya əsasən, hadisənin "namus üstündə" baş verdiyi bildirilmişdi.
Son.az xəbər verir ki, Günel Ağabəylinin həyat yoldaşı Tayfun Ağabəyli sonxeber.az-a müsahibəsində bildirib ki, atası öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb:
"Biz 2 il idi ailəli idik, çox da xoşbəxt həyatımız olub. Danışmaq çətin olsa da, bunu demək məcburiyyətindəyəm. Mənim atamla, əgər ona ata demək olarsa, biraz mübahisəmiz oldu. O, son bir ayda dəfələrlə mənə deyib ki, övladınız olmur, ayrıl. Bununla bağlı hadisə baş verməmişdən bir gün öncə də söhbətimiz oldu. Hadisə günü isə biz qayınatamgilə getmişdik, evə döndük, sonra mən yenidən evdən çıxdım 1 saatlıq. Geri döndükdə isə artıq hadisə baş vermişdi. Mediada yayılan "namus" söhbəti də yalandır. Mənim atam öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb. Mənim Günelimi tanıyan hər kəs bilir ki, o necə adamdır. Mən ondan çox razı idim, o mənim cənnət mələyimdir. Allah onun məkanın cənnət eləsin!"
Yay mövsümündə avtomobillərin yolda qalma halları artır. Mütəxəssislə

Yay aylarında sərinlədici dondurmaya tələbat artır. Artıq bu ləzzətli d

Rusiya Prezidenti Vladimir Putin dünən, 7 iyul 2025-ci ildə, əvvəlcə nəql

Son günlər müşahidə olunan sərin hava şəraiti çimərlik biznesini çök

Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisa

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ər

ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun gör�

Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı daya

Məhərrəmlik ayının gəlişi ilə ziyarətgahlara axın başlayıb. Ziyarət

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər S�

Müğənni Şəbnəm Tovuzlu istirahət üçün Türkiyəyə üz tutub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnst

Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Qurban Primovun 145 illik
