Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq


Digərləri 26 İyn 2025 05:05:00 84 0

Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq

Marsda qurulacaq koloniyalarda astronavtlar həm fiziki, həm də psixoloji baxımdan həbsxana şəraitində qarşılaşılan çətinliklərlə üz-üzə qala bilərlər. Bəs bu oxşarlıqlar necə bir həyat təcrübəsi yaradacaq?

Son.az xəbər verir ki, Marsda insan məskunlaşması, Günəş sistemindəki ən çətin mühitlərdən birinə daxil olmaq deməkdir. Lakin Qırmızı planetdəki həyat şərtlərini başa düşmək üçün çox da uzaqlara baxmağa ehtiyac yoxdur. Məşhur bir kosmos alimi Marsda yaradılacaq koloniyanın şərtlərinin həbsxana həyatı ilə çoxsaylı oxşarlıqlar daşıyacağını iddia edir.

Bristol Universitetindən kosmik sistemlər mühəndisi professor Lusi Berthud, həm məhkumların, həm də astronavtların qarşılaşdığı çətinliklərin bir-birinə bənzər olduğunu bildirir. Bu çətinliklər arasında "şəxsi məkanın azlığı, həddindən artıq sıxlıq, zəif qidalanma, lazımsız risklər, sərt rejimlər və məhdud gündəlik fəaliyyətlər" yer alır.

Astronavtlar, Yerdən 225 milyon kilometr uzaqlıqda, Marsda tamamilə təcrid olunmuş vəziyyətdə, həbsxanalarda cəza çəkən məhkumlardan daha dərin bir tənhalıq hissi yaşaya bilərlər. Ən əsas fərq isə, astronavtların bu missiyaya könüllü olaraq qatılmaları, məhkumların isə azadlıqlarının cəza olaraq məhdudlaşdırılmasıdır.

Marsda astronavtlar, resursların olduqca məhdud olduğu bir mühitdə, yaşamaq üçün dar və təhlükəli məkanlarda kiçik bir insan qrupu ilə birlikdə yaşamalı olacaqlar. Avropa standartlarına görə bir həbsxana kamerasında adambaşına düşən sahə təxminən 4 kvadratmetr olsa da, həddindən artıq sıxlıq səbəbindən bu sahə bir çox ölkədə daha da azalır. Marsdakı şərtlər isə daha da çətin ola bilər. NASA-nın "Apollo" missiyalarında, Ay səfərləri zamanı üç nəfərlik heyət üçün cəmi 6,2 kubmetrlik yaşayış sahəsi ayrılmışdı. Bu cür sıx mühitlər stresin artmasına və qarşıdurma risklərinin yüksəlməsinə səbəb ola bilər.

Təhlükələr və psixoloji çətinliklər

Marsda astronavtların qarşılaşacağı təhlükələr, həbsxanadakılarla psixoloji baxımdan bənzər təsirlər yarada bilər. Professor Berthud deyir: 

"Yüksək riskli bir mühitdə yaşamaq, daimi bir təhdid hissini aktiv saxlayır və bu, uzun müddətdə psixoloji və fiziki təsirlərə səbəb ola bilər".

Astronavtlar fövqəladə vəziyyətlərlə başa çıxmaq üçün xüsusi seçilsələr də, uzunmüddətli missiyalar bu üstünlüyü aradan qaldıra bilər.

Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür like
  • 26 İyn 04:04  
Digərləri Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

arrow Ətraflı
Kondisioner bu xəstəlikləri müalicə edirmiş like
  • 26 İyn 03:03  
Digərləri Kondisioner bu xəstəlikləri müalicə edirmiş

Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğu

arrow Ətraflı
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama like
  • 26 İyn 00:39  
Şou-biznes Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama

Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə səhhətində yaranan pr

arrow Ətraflı
Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI like
  • 26 İyn 00:27  
Digərləri Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

arrow Ətraflı
Azərbaycanda Məhərrəm ayı başlayıb like
  • 26 İyn 00:04  
Digərləri Azərbaycanda Məhərrəm ayı başlayıb

Azərbaycanda Məhərrəm ayı başlayıb.

arrow Ətraflı
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib like
  • 26 İyn 00:03  
Siyasət Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü mü

arrow Ətraflı
Sabitlik və qürur sütunu  107 illik şərəfli tarix like
  • 26 İyn 00:02  
Siyasət Sabitlik və qürur sütunu 107 illik şərəfli tarix

Bu gün Azərbaycanın sabit və təhlükəsiz ölkə olması təsadüfi deyil.

arrow Ətraflı
İki illik evlilikləri bitir like
  • 25 İyn 23:47  
Şou-biznes İki illik evlilikləri bitir

Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qər

arrow Ətraflı
"Tək gözlə imtahandan 55 bal topladım"  Gözünü arı sancan müəllim like
  • 25 İyn 23:35  
Digərləri "Tək gözlə imtahandan 55 bal topladım" Gözünü arı sancan müəllim

Sertifikatlaşdırma prosesi həm də maraqlı anlarla yadda qalıb.

arrow Ətraflı
Vüsaldan ilk açıqlama! like
  • 25 İyn 23:24  
Şou-biznes Vüsaldan ilk açıqlama!

Bir neçə gün öncə beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev açıqlam

arrow Ətraflı
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş like
  • 25 İyn 23:12  
Şou-biznes Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş

Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun

arrow Ətraflı
Benzini "klik" səsindən sonra doldurmayın  XƏBƏRDARLIQ like
  • 25 İyn 23:00  
Digərləri Benzini "klik" səsindən sonra doldurmayın XƏBƏRDARLIQ

Bir çox sürücü yanacaq buxarlarının nəzarətdə saxlanması üçün qura�

arrow Ətraflı
Azərbaycandan İrana gedənlər çoxalıb like
  • 25 İyn 22:43  
Digərləri Azərbaycandan İrana gedənlər çoxalıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ö

arrow Ətraflı