Sabitlik və qürur sütunu 107 illik şərəfli tarix
Siyasət 26 İyn 2025 00:02:00 67 0
Bu gün Azərbaycanın sabit və təhlükəsiz ölkə olması təsadüfi deyil. Bu, illərdir aparılan düşünülmüş siyasətin, güclü dövlət idarəçiliyinin və ən əsası, güclü ordunun nəticəsidir. Ölkədə sabitlik var, sərhədlər qorunur, insanlar rahat yaşayır və gələcəyə inamla baxır. Regionda baş verən gərginliklər fonunda Azərbaycanın sabit qalması dövlətin hər zaman ayıq-sayıq olmasından, təhlükəsizliyə ciddi yanaşmasından irəli gəlir.
Bu xəbəri də oxu: Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
1990-cı illərin çətin və mürəkkəb dövründə müstəqil olsaq da milli ordu anlayışı kağız üzərində qalmışdı. Ancaq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hərbi quruculuq sahəsində dönüş yaranıb. Onun uzaqgörən siyasəti, prinsipial mövqeyi nəticəsində nizami, peşəkar milli ordu formalaşmağa başlayıb.
Bu gün isə tam fərqli mənzərə yaranıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionda ən güclü orduya çevrilməkdədir. Müasir texnologiyalarla təchiz olunmuş, döyüş ruhu yüksək olan bu ordu dünyanın hərbi reytinqlərində yuxarı sıralardadır. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan təkcə ordu quruculuğu ilə kifayətlənməyib, eyni zamanda milli hərbi sənaye kompleksini yaradıb. Artıq Azərbaycanın istehsalı olan silah və texnika dünyanın aparıcı hərbi sərgilərində nümayiş olunur, xarici dövlətlərin diqqətini çəkir.
Azərbaycan Ordusunun gücünü biz təkcə Vətən müharibəsində yox, Aprel döyüşlərində, antiterror əməliyyatlarında da açıq şəkildə gördük. Zəfər yürüşü ilə Şuşaya qədər irəliləyən, Hadrutda hərbi tarixi dəyişən, bir günlük anti-terror əməliyyatında zərgər dəqiqliyi ilə hədəflərə çatan bu ordu artıq sadəcə hərbi qurum deyil - bu, Azərbaycanın qələbə simvoludur.
Vətən müharibəsində qazanılan tam qələbə xüsusi diqqətə layiqdir. Müasir dövrün hərbi tarixində Azərbaycanın əldə etdiyi tam və qətiyyətli qələbə bu uğurun unikallığını göstərir. Bu gün Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, zabit heyətinin peşəkarlığının artırılması Azərbaycanın güclü və mütəşəkkil orduya sahib olduğunu bir daha sübut edir.
Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan Ordusu döyüş zamanı da qaydalara əməl edir. Mülki şəxsləri və obyektləri hədəf almır, əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparır. Bu, sadəcə hüquqi məsuliyyət deyil, həm də etik mövqedir. Ermənistan ordusunun mülki əhalini hədəfə aldığı halda, Azərbaycan Ordusu fərqini açıq şəkildə göstərdi - hərbi gücünü insan həyatına hörmətlə birləşdirib.
Dünyada beynəlxalq hüququn təsir imkanlarının zəiflədiyi, gücün və maraqların önə çıxdığı bu dövrdə dövlətlərin təhlükəsizliyi yalnız güclü ordu ilə təmin oluna bilər. Bu mənada Azərbaycanın seçdiyi yolun uğurlu nəticələri göz qabağındadır.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Azərbaycanın suverenliyi bərpa olunub, ərazi bütövlüyü təmin edilib. Bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin əsas təminatçılarından biridir. Və bu sabitliyin, bu təhlükəsizliyin arxasında duran əsas qüvvə Azərbaycan Ordusudur.
İslam Son.az
26 iyun 2025-ci il üçün bürclərə ulduz falı:

Məşhur türkiyəli aktrisa Ezgi Mola əri Mustafa Aksakallıdan boşanmaq qər

Sertifikatlaşdırma prosesi həm də maraqlı anlarla yadda qalıb.

Bir neçə gün öncə beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev açıqlam

Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun

Bir çox sürücü yanacaq buxarlarının nəzarətdə saxlanması üçün qura�

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ö

Müğənni Talıb Tale həyat yoldaşına qoyduğu şərtlərdən danışıb.

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullar�

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaş

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtah

MDB ölkələrindən birində - Qırğızıstanda rus dilində yayımı məhdudl

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə ba

Azərbaycanın enerji potensialının artırılması və iqtisadi inkişafının

İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı,
