İranİsrail münaqişəsi Azərbaycanın avtomobil bazarını "vura" bilər?


Digərləri 20 İyn 2025 17:12:00 81 0

İranİsrail münaqişəsi Azərbaycanın avtomobil bazarını "vura" bilər?

İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal edən sahibkarların da müzakirə mövzusuna çevrilib.

Logistika mütəxəssisləri vəziyyəti diqqətlə izlədiklərini, xüsusən də Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gətirilən avtomobillərin İran ərazisindən keçməklə daşınması prosesindən narahat olduqlarını bildirirlər.

Regionda vəziyyətin gərginləşməsi Azərbaycanın avtomobil bazarındakı qiymətlərə nə dərəcədə təsir göstərəcək? Mövzunu araşdırmağa çalışdıq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev oxu.az-a açıqlamasında münaqişənin avtomobil bazarına təsir edəcəyini düşünmədiyini bildirib:

"Sözsüz ki, regionda istənilən konflikt, ümumilikdə geosiyasi vəziyyətin qarışıq olması logistikaya öz təsirini göstərir. Hazırda Azərbaycana avtomobillər, xüsusən Çin-Qazaxıstan-Xəzər-Bakı marşrutu ilə gətirilir, həmin marşrut üzrə hərəkətdə isə hər hansı yubanma və ya problem yoxdur".

E.Əliyev qeyd edib ki, yalnız İran körfəzi istiqamətindən gələn avtomobillərin çatdırılması məsələsi müəyyən narahatlıq yaradır:

"Hesab edirəm ki, münaqişə uzanacağı təqdirdə həmin istiqamətdən gələn avtomobillərin çatdırılmasında yubanmalar qaçılmaz ola bilər. Amma bir daha qeyd etmək istəyirəm ki, son dönəmdə Azərbaycana ən çox Çin istehsalı olan avtomobillərin gətirildiyini nəzərə alsaq, avtomobil bazarında hər hansı avtomobil qıtlığı və qiymət artımını görə biləcəyimizi düşünmürəm. Digər məsələləri isə zaman göstərəcək".

Cənubi Koreyadan Azərbaycana avtomobil gətirilməsi ilə məşğul olan sahibkar Samir Əfətli oxu.az-a açıqlamasında İran ərazisindən keçməklə Azərbaycana gəlməli olan avtokonteynerlərdə yubanma ola biləcəyini ehtimal etdiyini bildirib:

"Biz Cənubi Koreyadan Azərbaycana avtomobil konteynerləri göndərməklə məşğuluq. Buradan Azərbaycana konteyner göndərməyin Gürcüstandan və İran ərazisindən keçməklə iki yolu var.

İndiki vəziyyətdə İran ərazisindən keçməklə avtomobillərin çatdırılmasında müəyyən gecikmələrin yaşana biləcəyini ehtimal edirik. Münaqişə yeni olduğu üçün dəqiq fikir demək çətindir. Çünki hazırda həmin yolla getməli olan konteynerlərimiz yoxdur. Son konteynerlərimiz münaqişədən iki gün əvvəl Azərbaycana çatıb. Münaqişənin uzanacağı təqdirdə hansı qərarlar veriləcək, həmin yolla logistikaya icazə veriləcək, ya verilməyəcək - hələ ki sual altındadır. Hesab edirəm ki, sadəcə, prosesləri izləyib müəyyən nəticə əldə edə biləcəyik".

İqtisadçı-ekspert Xalid Kərimli isə açıqlamasında avtomobil bazarında qiymətartırıcı faktorların olduğunu istisna etməyib:

"Məlumdur ki, Azərbaycana Avropadan və ABŞ-dən gətirilən avtomobillər, əsasən, gəmilərlə Gürcüstan üzərindən Poti limanı vasitəsilə, eləcə də Türkiyə və Gürcüstan üzərindən quru yolları ilə gətirilir. Avtomobil bazarımızın əhəmiyyətli hissəsini təşkil edən Çindən, Yaponiya və Cənubi Koreyadan gətirilən avtomobillər isə həm İran üzərindən, həm də Qazaxıstanı keçməklə gətirilə bilir. Bu səbəbdən İranda baş verən proseslər, təbii ki, həm riskləri, həm də daşınma xərclərini artıra bilər.

Səbəb isə ondan ibarətdir ki, tranzit İran üzərindən işləməyəndə digər istiqamətlərdə tələbat artmış olur ki, bu da daşınma qiymətlərinin artması deməkdir. Məsələn, Bəndər-Abbas limanının işləməməsi Poti-Batumi limanlarının yükünü artıra bilər. Belə olan halda həmin istiqamətdə daşınma qiymətləri artmış olur, daşınma xərclərinin artması da avtomobilin qiymətində, əlbəttə ki, özünü büruzə verəcək.

Ümumiləşdirsək, görərik ki, bütün proseslər qiymətartırıcı faktorlardır. O ki qaldı qiymətlərin nə qədər artacağı məsələsinə, onu artıq bazar özü göstərəcək".

 
Bakıda qadın işdə öldü like
  • 20 İyn 17:10  
Digərləri Bakıda qadın işdə öldü

Bakıda qadın iş yerində ölüb.

arrow Ətraflı
Hava yenə dəyişəcək  Leysan, dolu, külək... like
  • 20 İyn 17:00  
Digərləri Hava yenə dəyişəcək Leysan, dolu, külək...

İyunun 21-i gündüzdən 24-dək Bakıda və Abşeron yarımadasında, eyni zam

arrow Ətraflı
İran İsrailə yenidən raket hücumuna başladı  Əhaliyə göstəriş verildi like
  • 20 İyn 16:56  
Dünya İran İsrailə yenidən raket hücumuna başladı Əhaliyə göstəriş verildi

İrandan İsrailə yeni raket hücumları qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanda DSK sədri vəfat edib like
  • 20 İyn 16:52  
Digərləri Azərbaycanda DSK sədri vəfat edib

65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının (DSK) sədr

arrow Ətraflı
Türkiyədə meşə yanğını başladı : 5 təyyarə cəlb olundu like
  • 20 İyn 16:48  
Digərləri Türkiyədə meşə yanğını başladı : 5 təyyarə cəlb olundu

Türkiyənin İzmir vilayətinin Kınık rayonunda meşə yanır.

arrow Ətraflı
Bakıda maşınların benzinə görə ustalarda qalma səbəbləri bilindi like
  • 20 İyn 16:36  
Digərləri Bakıda maşınların benzinə görə ustalarda qalma səbəbləri bilindi

Azərbaycanda sürücülər arasında geniş yayılmış bir vərdiş var: benzi

arrow Ətraflı
Bakıda qəribə olay  Daşımaq üçün narkotik bükümlərini uddu, öldü like
  • 20 İyn 16:24  
Kriminal Bakıda qəribə olay Daşımaq üçün narkotik bükümlərini uddu, öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ş�

arrow Ətraflı
"Abzas Media" əməkdaşlarına hökm oxundu like
  • 20 İyn 16:22  
Digərləri "Abzas Media" əməkdaşlarına hökm oxundu

"Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaq

arrow Ətraflı
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq like
  • 20 İyn 15:58  
Digərləri Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudl

arrow Ətraflı
İranın daha bir nüvə alimi öldürüldü like
  • 20 İyn 15:45  
Dünya İranın daha bir nüvə alimi öldürüldü

İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində İranın nüvə proqramı

arrow Ətraflı
“Uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir…” like
  • 20 İyn 15:30  
Şou-biznes “Uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir…”

Türkiyəli tanınmış aktyor və aparıcı Oktay Kaynarca qonaq olduğu proq

arrow Ətraflı
DTXdən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı like
  • 20 İyn 15:19  
Digərləri DTXdən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

arrow Ətraflı
İranİsrail münaqişəsinə son qoymağın yeganə şərtini açıqladı like
  • 20 İyn 15:12  
Dünya İranİsrail münaqişəsinə son qoymağın yeganə şərtini açıqladı

"Qeyd-şərtsiz atəşkəs və İsraildən təcavüzün təkrarlanmayacağ�

arrow Ətraflı
Xəzər dənizində nüvə təhlükəsi var  Zaxarova like
  • 20 İyn 14:50  
Dünya Xəzər dənizində nüvə təhlükəsi var Zaxarova

Xəzər dənizində nüvə təhlükəsi var.

arrow Ətraflı