Bakıda maşınların benzinə görə ustalarda qalma səbəbləri bilindi
Digərləri 20 İyn 2025 16:36:00 64 0
Azərbaycanda sürücülər arasında geniş yayılmış bir vərdiş var: benzin tapançası "klik" səsi verəndən sonra da yanacaq vurmağa davam etmək. Bəziləri bunu ödənişin yuvarlaq rəqəm olmasını istədiyi üçün edir, digərləri isə çənin "tam dolduğuna" əmin olmaq istəyir. Amma bu vərdiş, əslində, avtomobilin yanacaq sisteminə ciddi ziyan vura bilər.
Bu xəbəri də oxu: Türkiyədə meşə yanğını başladı : 5 təyyarə cəlb olundu
Yanacaq tapançası "klik" edəndə bu, çənin dolduğunu göstərir. Bu mərhələdən sonra əlavə yanacaq vurmaq, sistemdəki hava boşluğuna və EVAP sisteminə (yanacaq buxarlarının idarə olunması üçün nəzərdə tutulan sistem) zərər vurur. EVAP sistemində problem yarandıqda, "Check Engine" siqnalı yanmağa başlayır və nəticədə əlavə texniki xərclər ortaya çıxır.
Digər tərəfdən, sürücülər arasında "sonra vuraram" düşüncəsi ilə çəni həddindən artıq boş buraxmaq da təhlükəlidir. Çünki yanacaq nasosu çənin içindəki benzinlə soyuyur. Yanacaq səviyyəsi çox aşağı olduqda, bu soyuma prosesi pozulur, nasos qızır və sıradan çıxa bilər. Üstəlik, çənin dibindəki çöküntülər də bu zaman nasosa çəkilə, filtrləri tutub sistemdə nasazlıqlara səbəb ola bilər.
Yəni nə çəni tam boşaltmaq, nə də tapançadan sonra əlavə yanacaq vurmaq düzgündür. Ən sağlam yanaşma - çəni heç vaxt yarıdan az vəziyyətdə saxlamamaq və "klik" səsi eşidilən kimi dolumu dayandırmaqdır.
Bu kimi sadə qaydalara əməl etməklə, avtomobilinizin yanacaq sistemini qorumaqla yanaşı, cibinizə əlavə yük də salmamış olarsınız.
İslam Son.az
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ş�

"Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudl

İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində İranın nüvə proqramı

Türkiyəli tanınmış aktyor və aparıcı Oktay Kaynarca qonaq olduğu proq

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

"Qeyd-şərtsiz atəşkəs və İsraildən təcavüzün təkrarlanmayacağ�

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevan�

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda

"Tövsiyə edirəm ki, uşaqlar həmişə rahat beyinlə dərs oxusunlar.Y�

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ult

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin təsviri ABŞ-nin nüfuz

Braziliyanın tanınmış aktyoru Fransisko Kuoko 91 yaşında vəfat edib.

"Bu yer 2002-ci ildə tikilib. İndiyə qədər sökülmək məsələsi olm
