İmtahan nəticələri açıqlandı


Digərləri 18 İyn 2025 21:52:00 59 0

İmtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Son.az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 693 abituriyentdən (I qrup üzrə 31 167 nəfər, IV qrup üzrə 6 526 nəfər) 1551 nəfər (I qrup üzrə 1 379 nəfər, IV qrup üzrə 172 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 7 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 7986 abituriyentdən 954 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

İmtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər - Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

İmtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər - Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyun saat 10:00-dan 23 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.  

300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir like
  • 18 İyn 21:51  
Digərləri 300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi&qu

arrow Ətraflı
Boşandığı həyat yoldaşından danışıb ağladı like
  • 18 İyn 21:49  
Şou-biznes Boşandığı həyat yoldaşından danışıb ağladı

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

arrow Ətraflı
Bakının bu ərazisində üç saat işıq olmayacaq like
  • 18 İyn 21:21  
Digərləri Bakının bu ərazisində üç saat işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 18 İyn 21:08  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t�

arrow Ətraflı
"Netanyahu Hitleri üstələyib"  Ərdoğan like
  • 18 İyn 20:46  
Digərləri "Netanyahu Hitleri üstələyib" Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

arrow Ətraflı
İranda internet tamamilə kəsildi like
  • 18 İyn 20:37  
Digərləri İranda internet tamamilə kəsildi

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.

arrow Ətraflı
Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi like
  • 18 İyn 20:27  
Şou-biznes Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızın

arrow Ətraflı
Bu qurumda çalışanların pensiya yaşı 65ə qaldırılır like
  • 18 İyn 20:15  
Digərləri Bu qurumda çalışanların pensiya yaşı 65ə qaldırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

arrow Ətraflı
"Avroviziya" təmsilçimiz tanınmaz halda like
  • 18 İyn 20:13  
Şou-biznes "Avroviziya" təmsilçimiz tanınmaz halda

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree imicində dəyiş

arrow Ətraflı
Yapon əfsanəsi 259 min avtomobili geri çağırır  "Tormoz"u düzgün quraşdırmayıblarmış like
  • 18 İyn 20:00  
Digərləri Yapon əfsanəsi 259 min avtomobili geri çağırır "Tormoz"u düzgün quraşdırmayıblarmış

Honda ABŞ-da 259 min avtomobili geri çağırır – təhlükəli əyləc qüsu

arrow Ətraflı
Polis 21 yaşlı Əlisanı axtarır like
  • 18 İyn 19:30  
Digərləri Polis 21 yaşlı Əlisanı axtarır

Cəlilabad rayon sakini itkin düşüb.

arrow Ətraflı
Gəncədə faciə  yeniyetmə qız yandı like
  • 18 İyn 19:29  
Digərləri Gəncədə faciə yeniyetmə qız yandı

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

arrow Ətraflı
Tramp: İran danışıqlar üçün müraciət etdi like
  • 18 İyn 19:27  
Dünya Tramp: İran danışıqlar üçün müraciət etdi

"İran danışıqlar üçün bizə müraciət etdi. Ağ Evə gəlmək istə

arrow Ətraflı
Bakıda məzun qızın rəqs VİDEOsu 2 milyon like
  • 18 İyn 19:00  
Digərləri Bakıda məzun qızın rəqs VİDEOsu 2 milyon

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı
Solovyovun fikirlərini qəti şəkildə pisləyirik  MEDİA like
  • 18 İyn 18:47  
Siyasət Solovyovun fikirlərini qəti şəkildə pisləyirik MEDİA

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı

arrow Ətraflı