Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR
Digərləri 15 İyn 2025 09:40:00 75 0
Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.
Bu xəbəri də oxu: Türkiyədə iki hava şarı qəza törətdi: 1 ölü, 19 yaralı
Son.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Yenilik Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun iyunun 15-dən Qazax stansiyasına qədər uzadılması ilə bağlıdır. Yeni marşrut üzrə ilk dəfə olaraq "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxılıb.
Əvvəllər (2019-cu ilin dekabr ayınadək) Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq.
Yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq ediləcək. Bakı-Qazax istiqamətində standart sinif yerlər üçün biletin minimal qiyməti 16,2 manat təşkil edəcək.
Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri aparıb. Bu çərçivədə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi işləri görülüb, həmçinin Qazax stansiyasının binası təmir olunub və gözləmə zalı yenilənib.
Yeni marşrutun istismara verilməsi sərnişin daşımalarında əhəmiyyətli artım vəd edir. İlkin hesablamalara əsasən, bu xətt üzrə ildə əlavə təxminən 10 000 sərnişin daşınacağı gözlənilir.
Hindistanın şimalında, Himalay dağlarında yerləşən Uttarakhand əyaləti

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi AB

İsrail-İran müharibəsinin ikinci günü bölgədə gərginliyin daha da artm

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

Disney Plus platformasında yayımlanacaq "Sekizinci Ailə" serialı g

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası&

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudl

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25

Alimlərin fikrincə, yaşıl gözlü insanlar başqalarının duyğularını v�

İsrailin Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə yenidən zər

İrandan İsrailə yeni raket zərbələri endirilir.

İran ABŞ Prezidenti Donald Trampı öldürmək üçün iki dəfə cəhd göst�
