Ali Atay və Hazal Kaya ilk dəfə eyni layihədə
Şou-biznes 15 İyn 2025 07:07:00 85 0
Disney Plus platformasında yayımlanacaq "Sekizinci Ailə" serialı güclü aktyor heyəti və əyləncəli hekayəsi ilə maraqla gözlənilən layihələr sırasındadır. Melisa Döngel və Haluk Bilginer kimi tanınmış aktyorların iştirak etdiyi seriala indi də Hazal Kaya və Ali Atay qoşulublar.
Bu xəbəri də oxu: Cavan Zeynallı uzun müddət sonra göründü tanınmaz halda
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial dünyanın ən varlı səkkizinci ailəsi olan Basmacıgil ailəsinin daxilindəki qarşıdurmaları tragikomik üslubda təqdim edir. Maraqlı süjet xətti ilə diqqət çəkən "Sekizinci Ailə"nin çəkilişləri tamamlanıb. Serialda evli cütlüyü canlandıran Haluk Bilginer və Melisa Döngeldən ilk görüntü də yayılıb. Layihədə Haluk Bilginer, Hazal Kaya və Çağlar Çorumlu kimi məşhur adlar da yer alır.
Serialın fərqli cəhətlərindən biri də Ali Atayın həyat yoldaşı Hazal Kaya ilə ilk dəfə eyni layihədə bir araya gəlməsidir. Ali Atay daha öncə Birsen Altuntaşın YouTube kanalına verdiyi müsahibədə bu barədə zarafatla belə demişdi:
"Birlikdə işləyə bilərikmi, bilmirəm. Heç bir fikrim yoxdur. 'İşləyə bilmərik' demirəm, amma onun baxış bucağı başqadır, mənimki başqa... Onun etdiklərini mən çox bəyənirəm, o da mənimkiləri çox bəyənir. Bir araya gəlsək nə baş verər, doğrudan da bilmirəm. Ya çox yaxşı bir şey çıxararırıq, ya da qanlı-bıçaqlı olarıq." Lalə Qüdrətova Son.az
Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası&

Alimlər müəyyən ediblər ki, gündüz saatlarında yemək qəbulunu məhdudl

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25

Alimlərin fikrincə, yaşıl gözlü insanlar başqalarının duyğularını v�

İsrailin Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə yenidən zər

İrandan İsrailə yeni raket zərbələri endirilir.

İran ABŞ Prezidenti Donald Trampı öldürmək üçün iki dəfə cəhd göst�

İran heç vaxt nüvə silahına sahib olmaq niyyətində olmayıb.

Prezident İlham Əliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə sosia

15 iyun 1993-cü il - bu tarix Azərbaycan xalqının həyatında dönüş nöqt

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur".
