Bu hallarda vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər
Digərləri 05 İyn 2025 15:23:00 106 0
Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərlər yayılır. Bu isə sual yaradır ki, ölkədən çıxışa hansı hallarda qadağa qoyula bilər?
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halları Miqrasiya Məcəlləsinin 9.3-cü bəndində sadalanır.
"Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə Ədliyyə Nazirliyinin İcra xidməti tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün tədbirlər görülür. Bu halda borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər
Şəxsin azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunması, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilməsi, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, habelə cəzasının çəkilməsinin təxirə salınması haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.
Bu halda hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi probasiya qurumuna daxil olduqdan sonra dərhal qeydiyyata alınır və icra məmuruna (probasiya üzrə) təqdim olunur.
Qeyd edək ki, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir", - nazirlikdən qeyd edilib.
Trend-ə açıqlama verən vəkil Emil Aslanov bildirib ki, Azərbaycan Respublikasında vətəndaşın ölkədən çıxmasına ancaq məhkəmə qərarı ilə qadağa qoyula bilər:
"Bu qərar da şəxsin hər hansı şəxsə, yaxud quruma borclu olması, habelə icra edilməmiş öhdəliyinin olması zamanı verilir. Habelə aparılan cinayət işində həmin şəxs şübhəli, yaxud təqsirləndirilən şəxs qismindədirsə, şəxsin ölkədən çıxışına qadağa qoyula bilər".
Vəkil Turan Abdullazadə isə Trend-ə deyib ki, Azərbaycan Respublikası İcra Haqqında Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər:
"Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir".
Mehmet Uğur reanimasiyaya yerləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam sa

İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasın

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənista

Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canland�

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açı

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imk

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq
