Azərbaycan növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib
Digərləri 05 İyn 2025 14:45:00 96 0
İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə "Plastik çirklənməyə son" mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.
Bu xəbəri də oxu: Günün qoroskopu: Konsentrasiya yüksəkdir
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.
Azərbaycanın nümayəndə heyətinin rəhbəri Umayra Tağıyeva tərəfindən tədbirin açılış mərasimində, eləcə də "Dövri iqtisadiyyata doğru fəaliyyət üçün Yüksək Səviyyəli Nazirlər Dəyirmi Masası"nda çıxışlar edilib. Çıxışlar zamanı Azərbaycanın müvafiq sahədə müsbət təcrübələri barədə məlumat verilib, ölkəmizin sədrliyi ilə ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə edilmiş tarixi nailiyyətlərə vurğu edilib. Nümayəndə heyəti tərəfindən habelə, bir sıra ikitərəfli görüşlər keçirilib, beynəlxalq təşkilatlar, biznes dairələri, inkişaf bankları və vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı sessiyalar və tematik sərgilərdə iştirak edilib, qlobal ekoloji çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2026-cı ildə "Ümumdünya Ətraf Mühit Günü"nə Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişmələri mövzusuna həsr olunacaq. Bu mühüm hadisə Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, ötən il keçirilmiş COP29-un nəticələrinin təşviq olunmasına və gələn il Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə sinerji yaradılmasına xidmət edəcək.
Koreyada keçirilən tədbirdə estafet 2026-cı il "Ümumdünya Ətraf Mühit Günü" tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.
Xatırladaq ki, "Ümumdünya Ətraf Mühit Günü" 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən genişmiqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.
Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadis�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənista

Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canland�

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açı

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imk

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük q

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi za

"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəli

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və mey

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən b
