“Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada yaşayacaqlar"


Digərləri 31 May 2025 12:40:00 74 0

“Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada yaşayacaqlar"

Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min azərbaycanlının qayıdışının mümkünlüyü ilə bağlı jurnalistin sualına cavabı erməni politoloqların hələ də müzakirə etdiyi mövzudur.

Son.az axar.az-a istinadən bildirir ki, Simonyan 300 min azərbaycanlının geri qayıdışı məsələsinə "Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər" sözləri ilə reaksiya vermişdi.

"Fakt" erməni nəşri yazıb ki, 2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı - yəni əhalinin 1/6-i ciddi təhlükədir.

Simonyanın qarşılıqlı olaraq ermənilərin də Qarabağa və yaxud Bakıya qayıtması mümkünlüyü haqda açıqlamasını isə erməni politoloqlar "görməzdən gəlməyə" çalışıblar və əsas diqqəti məhz 300 min azərbaycanlının qayıdışına yönəldiblər.

Politoloq Artur Xaçikyan deyib ki, 300 min azərbaycanlıdan başqa bura çoxlu sayda Azərbaycan polisi də gələcək, səbəb də azərbaycanlıların təhlükəsizliyini təmin etməkdir. O əmin olduğunu bildirib ki, Azərbaycan və erməni əhalisi arasında münaqişələr başlayacaq. Xaçikyan ermənilərin Zəngəzur və digər ərazilərdən qaçacağı ilə bağlı bir neçə gün öncəki iddiasını təkrarlayıb.

"Məşhur bir rəvayət var ki, qurbağanı soyuq suya salıb onu tədricən qaynama temperaturuna qədər qızdırsan, qurbağa təhlükəni hiss etməyəcək və diri-diri qaynayacaq. Ancaq müasir təcrübələr belə bir şeyi təsdiq etmədi. Sağlam bir heyvan təxminən 25 dərəcə selsidə narahat olmağa başlayır və çölə çıxmağa çalışır. Erməni cəmiyyətinin qurbağadan da axmaq olduğu aşkar edilsə, çox üzücü olardı.

İndi bizim seçilmiş məmurlarımız danışmağa başlayıblar ki, Qərbi Azərbaycanla bağlı rəvayətlərdən üzülməyə, sadəcə olaraq kəndlərinə qayıdacaq üç yüz min azərbaycanlıdan narahat olmağa dəyməz. Artıq uçmağın vaxtıdır? Yoxsa bir az daha gözləməliyik?" - nəşr yazıb.

Qeyd edək ki, Simonyan "qarşılıqlı olaraq qayıtmaqdan", "sülh sazişindən 5 dəqiqə sonra erməni və azərbaycanlıların artıq alış-verişə başlayacağı"ndan bəhs edib və erməni politoloqlar buna toxunmaq istəmirlər. Əslində ən böyük təhlükə ermənilərin qayıdışıdır. Çünki azərbaycanlılar əzəli torpaqlarında - indi Ermənistan adlanan ərazidə - sakit yaşayıblar, ötən əsrdə 4 dəfə öz yurdlarından deportasiya edilsələr də, bircə dəfə də olsun, torpaq iddiası qaldırmayıblar. Əvəzində isə qovulublar, təhqir ediliblər, etnik zəmində təzyiqlərə məruz qalıblar, qısnanıblar, vəzifə verilməyib və s.

Ermənilər isə Bakıda yaşadıqları müddətdə burda onlara yaradılan çoxsaylı imtiyazlardan istifadə ediblər, Qarabağda da "ayrıca respublika" kimi davranıblar - öz məktəbləri, universitetləri, bütün hər yerdə erməni dili, bütün vəzifələrdə ermənilər. Bakının özündə belə bütün rayonların ən azı ikinci katibləri ermənilər idi.

Yəni əslində Simonyanın təklifi Azərbaycan üçün yaxın onilliklərdə növbəti "erməni qarayarası" hazırlamaqdan başqa bir şey deyil.

Həftə sonu pul itkisi risk  Bu 4 bürc like
  • 31 May 12:25  
Digərləri Həftə sonu pul itkisi risk Bu 4 bürc

Həftə sonu ulduzların düzülüşü bəzi bürclər üçün maliyyə baxımı

arrow Ətraflı
İyunun ilk gününün HAVASI like
  • 31 May 12:18  
Digərləri İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Danlanın keçmiş sevgilisi başına bəla oldu like
  • 31 May 11:56  
Şou-biznes Danlanın keçmiş sevgilisi başına bəla oldu

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin

arrow Ətraflı
Pensiya ilə bağlı vacib AÇIQLAMA like
  • 31 May 11:52  
Digərləri Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda  vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə t�

arrow Ətraflı
İlon Mask narkotikə qurşanıb like
  • 31 May 11:43  
Dünya İlon Mask narkotikə qurşanıb

Dünyanın ən varlı şəxsi hesab edilən amerikalı iş adamı İlon Maskın

arrow Ətraflı
Qonşu ölkədə DƏHŞƏT: 3 azərbaycanlı öldü like
  • 31 May 11:41  
Digərləri Qonşu ölkədə DƏHŞƏT: 3 azərbaycanlı öldü

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

arrow Ətraflı
Ronaldonun Corcinasının özündən razı BAXIŞLARI like
  • 31 May 11:30  
Digərləri Ronaldonun Corcinasının özündən razı BAXIŞLARI

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü ilə diqqət ç

arrow Ətraflı
Smart tipli dayanacaq niyə işləmir? like
  • 31 May 11:28  
Digərləri Smart tipli dayanacaq niyə işləmir?

"Elmlər Akademiyası" stansiyası qarşısında yerləşən monitorlu

arrow Ətraflı
Yolda satılan bu məhsulu qəti yeməyin like
  • 31 May 11:18  
Digərləri Yolda satılan bu məhsulu qəti yeməyin

Baş toksikoloq: "Yol kənarlarında, ya bazarlarda satılan göbələklər

arrow Ətraflı
Həmin oteldəki yanğına görə AĞIR CƏZA like
  • 31 May 11:06  
Digərləri Həmin oteldəki yanğına görə AĞIR CƏZA

Türkiyədə məhkəmə yanvar ayında Kartalkaya dağ-xizək kurortunda baş ve

arrow Ətraflı
Kamaləddin Qafarov: “AzərbaycanTürkiyəPakistan dostluğu və qardaşlığı əbədidir” like
  • 31 May 11:00  
Digərləri Kamaləddin Qafarov: “AzərbaycanTürkiyəPakistan dostluğu və qardaşlığı əbədidir”

"Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiy

arrow Ətraflı
Tanınmış azərbaycanlı bloqer özünə yeni avtomobil ALDI  VİDEO like
  • 31 May 10:54  
Şou-biznes Tanınmış azərbaycanlı bloqer özünə yeni avtomobil ALDI VİDEO

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

arrow Ətraflı
"Rəşad Dağlı bu təklifdən like
  • 31 May 10:43  
Şou-biznes "Rəşad Dağlı bu təklifdən

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insa

arrow Ətraflı
Məşhur aktrisa öldü like
  • 31 May 10:42  
Şou-biznes Məşhur aktrisa öldü

Amerikalı aktrisa Loretta Suit vəfat edib.

arrow Ətraflı