"Rəşad Dağlı bu təklifdən
Şou-biznes 31 May 2025 10:43:00 89 0
Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər və sənət yoldaşlarına münasibəti hər zaman xüsusi ehtiramla qarşılanıb. Lakin son zamanlar adı qalmaqallı hadisədə hallanan meyxanaçı ilə bağlı fikirlər birmənalı olmayıb. Elə bu məsələyə münasibət bildirən meyxana ustası Ağamirzə də Rəşadın belə bir hadisəyə qarışmasının ağlasığmaz olduğunu deyib.
Bu xəbəri də oxu: "And olsun Allaha, ən bahalı maşını o, sürür"
Yenisabah.az-a açıqlamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da, atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur:
"Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram. Amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə, Baləli, Orxan, Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzadı söhbət etdik".
Ağamirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclislərdə hər zaman hörmətlə yad edildiyini bildirib:
"Məclislərdə də adı tez-tez çəkilir. Çünki Rəşad həmişə hörmətli, izzətli insan olub. Bu hörməti mənə də hər zaman hiss etdirib. Meyxana deyəndə də bunu açıq şəkildə göstərirdi. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla deyişmə edim. Amma o, bu təklifdən imtina etdi və dedi ki, "bu, mənlik deyil, edə bilmərəm". Bu cür davranışlarını çox yerdə görmüşəm".
ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun həyat yoldaşını

Astrologiya aləmində böyük silkələnmə! Ulduzlar bu dəfə bəzi bürclər

Müğənni Rəqsanə İsmayılovanın görüntüsü marağa səbəb olub.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət gös

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev yıxılaraq zədələnmiş v
