Elgünün ölüm səbəbi açıqlandı DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı


Digərləri 29 May 2025 12:31:00 108 0

Elgünün ölüm səbəbi açıqlandı  DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Trend xəbər verir ki, Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılmışdır.

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməmiş, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölmüşdür.

Həmçinin müəyyən edilmişdir ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarmışdır.

Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən "Naxış" çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul etmiş, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılmış, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməmişdir.

Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.

Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.

Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur.

İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Zaur Qurtsiyev öldürüldü  FOTO like
  • 29 May 12:27  
Digərləri Zaur Qurtsiyev öldürüldü FOTO

Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partl

arrow Ətraflı
Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi  VİDEO like
  • 29 May 12:20  
Digərləri Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Zeynəb Xanlarovanın adından dələduzluq edildi like
  • 29 May 12:15  
Şou-biznes Zeynəb Xanlarovanın adından dələduzluq edildi

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

arrow Ətraflı
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib like
  • 29 May 11:53  
Siyasət Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar like
  • 29 May 11:50  
Digərləri Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul ed

arrow Ətraflı
Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 29 May 11:45  
Siyasət Maldiv Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikası

arrow Ətraflı
Ermənistan tərəfi dezinformasiya yayır  MN like
  • 29 May 11:42  
Digərləri Ermənistan tərəfi dezinformasiya yayır MN

Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri

arrow Ətraflı
Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı  11 ilə kimi həbs! like
  • 29 May 11:40  
Digərləri Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı 11 ilə kimi həbs!

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla

arrow Ətraflı
"Bağışlayın, ancaq bu şəkli paylaşmalıyam"  Əməliyyat qurbanı olan bloqer  FOTO like
  • 29 May 11:33  
Şou-biznes "Bağışlayın, ancaq bu şəkli paylaşmalıyam" Əməliyyat qurbanı olan bloqer FOTO

Sosial şəbəkədəki paylaşımları ilə tanınan Danla Biliç üç il əvvə

arrow Ətraflı
"Qalatasaray"dan çempionluq gecəsində "Sarı gəlin" sürprizi like
  • 29 May 11:17  
Digərləri "Qalatasaray"dan çempionluq gecəsində "Sarı gəlin" sürprizi

"Qalatasaray" futbol klubu 25-ci dəfə Türkiyə çempionu olmasını

arrow Ətraflı
Azərbaycanda qadın sahibkar sevgilisinin evinə hücum etdi: Arvadı və qızını döydü like
  • 29 May 11:11  
Digərləri Azərbaycanda qadın sahibkar sevgilisinin evinə hücum etdi: Arvadı və qızını döydü

Astarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini d

arrow Ətraflı
Cənubi Koreyada təyyarə qəzaya uğradı  Ekipajdan xəbər yoxdur like
  • 29 May 11:07  
Dünya Cənubi Koreyada təyyarə qəzaya uğradı Ekipajdan xəbər yoxdur

Cənubi Koreyanın Pohanq şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

arrow Ətraflı
ŞriLanka Prezidenti İlham Əliyevi təbrik etdi like
  • 29 May 11:03  
Siyasət ŞriLanka Prezidenti İlham Əliyevi təbrik etdi

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissan

arrow Ətraflı
Çin Koreya maşınlarının bazarını "öldürdü", Alman brendlərinə "bata bilmir" like
  • 29 May 11:00  
Digərləri Çin Koreya maşınlarının bazarını "öldürdü", Alman brendlərinə "bata bilmir"

Son illər ərzində Çin avtomobil istehsalçıları dünya bazarında sürətl

arrow Ətraflı