Çin Koreya maşınlarının bazarını "öldürdü", Alman brendlərinə "bata bilmir"
Digərləri 29 May 2025 11:00:00 104 0
Son illər ərzində Çin avtomobil istehsalçıları dünya bazarında sürətlə önə çıxıb və bu tendensiya Azərbaycanda da özünü göstərməkdədir. Büdcə dostu qiymətlər, sıfır kilometrlik avtomobillər, zəmanət və müasir texnologiyalar bir çox alıcının seçimlərini dəyişib. Xüsusilə Elantra, Cerato, Ceed, Rio kimi əvvəllər "ekonom sinifin kralı" sayılan modellər artıq köhnəlmiş seçim hesab olunur. Bazara daxil olan Çin markaları bu seqmenti demək olar ki, tamamilə sıradan çıxarıb. Alıcı indi eyni qiymətə daha yeni və zəmanətli Çin avtomobilini almağı üstün tutur.
Bu xəbəri də oxu: Bakıda 3 maşın qəza törətdi, saat yarım tıxac oldu
Lakin maraqlıdır ki, bu dəyişiklik yalnız ekonom sinfə aiddir. Performans avtomobilləri kateqoriyasında isə vəziyyət tamamilə fərqlidir. Yay mövsümünün gəlməsi ilə bu seqmentdə yenidən canlanma müşahidə olunur. Ənənəvi olaraq yüksək sürət və sürüş hissiyatı ilə seçilən BMW və Mercedes modellərinə maraq azalmayıb, əksinə, qiymətlər ciddi şəkildə artıb. Satıcıların sözlərinə görə, BMW-nin F10 və F30 modellərinin qiyməti təkcə son bir neçə ayda - yəni qışla müqayisədə - azı 2 min manat yüksəlib. Bu qiymət artımı yalnız daxili bazarla deyil, həm də ABŞ-da və digər böyük avtomobil bazarlarında performans avtomobillərinə artan maraqla əlaqələndirilir.
Ekspertlər bildirir ki, BMW və Mercedes modellərinin bahalaşması yalnız onların texniki göstəriciləri və keyfiyyəti ilə bağlı deyil. Burada avtomobilin yaratdığı imic və "brend effekti" də mühüm rol oynayır. Çin markaları nə qədər yeni və funksional olsa da, bu avtomobillər hələ ki, sürət həvəskarlarının və klassiklərə üstünlük verənlərin yerini doldura bilmir. F10-un mühərrik səsi, F30-un sürüş təəssüratı və Mercedes-in rahatlığı alıcıda emosional reaksiya doğurur ki, bu da seçimə təsir edən əsas faktorlardan biridir.
Bundan əlavə, avtomobil həvəskarlarının bir qismi hesab edir ki, Çin avtomobillərinin keyfiyyəti hələ də zaman sınağından keçməyib. Onlar performans, dayanıqlılıq və təhlükəsizlik baxımından bir qədər şübhə ilə qarşılanır. Xüsusən də ikinci əl bazarında Çin maşınlarının dəyərinin sürətlə düşməsi bu avtomobillərin uzunmüddətli sərmayə kimi baxılmasına imkan vermir.
Beləliklə, avtomobil bazarında iki fərqli istiqamət yaranıb: biri ucuzluq, zəmanət və yenilik arxasınca gedən kütləvi alıcılar; digəri isə performans, keyfiyyət və brendə sadiq olan daha tələbkar sürücülər. Çin avtomobilləri bazarın aşağı seqmentini ələ keçirsə də, BMW və Mercedes kimi klassik performans maşınlarının yerini hələ ki, heç nə tuta bilmir. Görünən odur ki, yaxın illərdə də bu ikili bazar dinamikası davam edəcək - biri zamana uyğunlaşacaq, digəri isə zamanın özünü formalaşdıracaq.
İslam Son.az
2025-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində muzdla işləyənləri

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Tramp administrasiyası y

Yapon alimləri bütün qan qruplarına uyğun süni qan hazırlayıblar

Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.

Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempi

Toyuna hazırlaşan Antonella Cortéz Chistama adlı qadın bədən formasını

Lənkəranda yerləşən "Kaspi Kids" uşaq bağçasında uşaqlara g�

Bakının Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerj

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs illərdir içində sax

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Yerdə G3 səviyyəli güclü maqnit qasırğası qeydə alınıb.

Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkə

Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı dələduzluq yolu ilə

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
