Komandir cinayət işini bağlatmaq istədi 150 minlik tələyə düşdü
Digərləri 29 May 2025 09:30:00 96 0
Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı dələduzluq yolu ilə ələ keçirilib.
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant Altay Ələkbərov barəsindəki cinayət işinə xitam verdirəcəyini vəd edən şəxs tərəfindən aldadılıb.
İş materiallarından görünür ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində Müdafiə Nazirliyinin balansında olan metal qalıqlarının bazar qiymətindən aşağı satılması ilə bağlı cinayət işi başlanıb.
İş üzrə hərbi hissə komandiri Altay Ələkbərov istintaqa cəlb olunub. Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi üçün ona rəsmi göstəriş verilib. Bununla bağlı komandir alternativ yollar axtarmağa başlayıb və tanışları vasitəsilə Nurəli Məmmədovla əlaqə yaradıb. Nurəli ona deyib ki, yüksəkvəzifəli "tanışlar"ı vasitəsilə onun işinə xitam verdirəcək. Amma bunun üçün həmin "tanışlar"a rüşvət verilməlidir.
A.Ələkbərov bu vədə inanıb və banklardan kredit götürərək Nurəliyə 150 min manat pul verib. Xeyli vaxt keçsə də, komandirin işi həll edilməyib.
N.Məmmədov komandirin etirazından sonra 110 min manatını qaytarıb. Altay Ələkbərov həmin pulla dövlətə dəymiş ziyanı ödəyib, işinə xitam verilib.
Bundan sonra komandir Nurəlidə qalan 40 min manatını geri almağa çalışıb, bu məqsədlə hüquq-mühafizə orqanlarına şikayət edib.
Şikayət əsasında Nurəli Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı ona qarşı həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs komandirin verdiyi 150 min manatın 40 minini geri qaytarmayıb. Məhkəmə istintaqı ilə də onun təqsiri sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəli Məmmədov 5 il müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

HAMAS və ABŞ nümayəndəsi Qəzzada daimi atəşkəs üzrə ümumi çərçiv�

Süni şirinləşdiricilər illərdir "kalorisiz şirinlik" vəd etsə

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hindin həyat hekayəsi həm ürək

Çində istehsal xərcləri aşağıdır, işçi qüvvəsi ucuzdur, ehtiyat hiss

Tozsoranla təmizlik edərkən yaygın səhvlərdən yayınmaq, cihazınıza zə

Təbii təbabət dünyasında əsl bir irəliləyiş baş verib - bəhs edilən

Benzin qiymətlərinin yüksək olması sürücüləri daha qənaətcil yollar a

Peyğəmbər Məhəmmədin (s.ə.s) hədislərinə əsasən bu ayə Qurandakı a

"Lisey və gimnaziyalara qəbul üçün imtahanlar 3 ildir ki, mərkəzlə�

Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifəsində Laçın Bey

36-46 yaş arası həm də hormonal dəyişikliklərin baş verdiyi dövrdür

Cərrah işlədiyi illərdə yüzlərlə xəstəyə, əsasən də uşaqlara qar�

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycan

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanb
