Çinin yalnız bu maşınlarını ALIN
Digərləri 29 May 2025 06:06:00 83 0
Çində istehsal xərcləri aşağıdır, işçi qüvvəsi ucuzdur, ehtiyat hissələri bol və münasib qiymətədir. Üstəlik, Çin qanunvericiliyinə əsasən, yerli avtomobil başqa ölkəyə ixrac olunarsa, avtomobilin əlavə dəyər vergisi qədər vəsait istehsalçıya geri qaytarılır. Bu da avtomobili həm alıcı, həm də satıcı üçün cəlbedici edir.
Bu xəbəri də oxu: Naxçıvanda “MEDİAFEST2025” keçirilir
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Azərbaycanda avtomobil bazarında olan dəyişiklik barədə danışarkən deyib.
Eldəniz Cəfərov bildirib ki, Çin avtomobillərinin bazarda mövqe qazanmasının bir neçə əsas səbəbi var:
"Vaxtilə Azərbaycanda xüsusilə bölgələrdə insanlar Rusiya istehsalı avtomobillərə üstünlük verirdilər. Bu avtomobillər qiymət baxımından münasib idi, onların təmiri ucuz başa gəlirdi və ehtiyat hissələri əlçatan idi. Lakin Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra bu ölkənin avtomobil sənayesində böhran yarandı. Nəticədə Rusiya avtomobillərinin yerini Çin modelləri tutmağa başladı. Yaxşı olardı ki, vətəndaşlarımız Avropa bazarı üçün istehsal olunmuş və rəsmi zəmanətlə satılan Çin avtomobillərinə üstünlük versinlər. Çinin daxili bazarı üçün istehsal olunmuş, lakin qeyri-rəsmi yollarla ölkəyə gətirilən modellər sonradan problem yarada bilər. Çünki onların servis xidməti, ehtiyat hissələri və zəmanət məsələləri problemli olur".
Eldəniz Cəfərov hesab edir ki, gələcəkdə Çin avtomobillərinin Azərbaycan bazarında üstünlük qazanıb-qazanmayacağı məhz servis xidmətlərinin keyfiyyətindən asılı olacaq:
"Əgər servis xidməti yaxşı təşkil olunarsa, bu avtomobillər daha da populyarlaşacaq. Əks halda, bazarda yerini qoruyub saxlaya bilməyəcək. Vətəndaşlara məsləhətim odur ki, avtomobili yalnız rəsmi satış kanallarından alsınlar".
Tozsoranla təmizlik edərkən yaygın səhvlərdən yayınmaq, cihazınıza zə

Təbii təbabət dünyasında əsl bir irəliləyiş baş verib - bəhs edilən

Benzin qiymətlərinin yüksək olması sürücüləri daha qənaətcil yollar a

Peyğəmbər Məhəmmədin (s.ə.s) hədislərinə əsasən bu ayə Qurandakı a

"Lisey və gimnaziyalara qəbul üçün imtahanlar 3 ildir ki, mərkəzlə�

Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifəsində Laçın Bey

36-46 yaş arası həm də hormonal dəyişikliklərin baş verdiyi dövrdür

Cərrah işlədiyi illərdə yüzlərlə xəstəyə, əsasən də uşaqlara qar�

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycan

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanb

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May -

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Ukraynaya hava hücumund

Yay fəslində təbiətdə vaxt keçirmək çoxları üçün istirahət və əyl

Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyad

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
