Tokayev Azərbaycan Prezidentini təbrik edib
Siyasət 27 May 2025 13:42:00 82 0
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu bayram xalqınızın ümummilli birliyini və yaradıcı ruhunu təcəssüm etdirir, dövlətçiliyin gələcəkdə də möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
İnanıram ki, Azərbaycan Sizin rəhbərliyinizlə mütərəqqi dövlətin gücünün artırılmasına, həmçinin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strategiyanın uğurla həyata keçirilməsini davam etdirəcəkdir.
Sevindirici haldır ki, Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik dostluq əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişaf edir.
Əminəm ki, biz çoxtərəfli dövlətlərarası əməkdaşlığın yeni zirvələrə yüksəlməsini təmin edərək birgə səylərlə nailiyyətlərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində t

Türkiyəli məşhur aktrisa Devrim Özkanın çəkiliş meydanında halı pis

İtaliya Prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevə�

Səyyah Xristofor Kristofer Kolumb bir dəfə gəmilərini təmir etdirmək üç

31 may saat 11:00-da Opera studiyasında "İşıqlı Sirk" adlı teatr

Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ra

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbr

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Az

Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən

Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Sosial mediada dəbdəbəli həyat tərzi və rəngarəng çıxışları ilə ta

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
