Almaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 27 May 2025 12:18:00 85 0
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub
Son.az xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Ölkənizin müstəqilliyə nə qədər yüksək dəyər verməsi Azərbaycana son səfərimizdə mən və həyat yoldaşım Şəhidlər xiyabanını ziyarət edərkən xatirəmizdə daha aydın canlanaraq dərin iz saldı. İcazə verin, fürsətdən istifadə edərək Bakıda səmimi qəbula görə bir daha şəxsən Sizə və xanımınıza təşəkkürümü bildirim. Almaniya dövlətinin başçısının Azərbaycana bu ilk səfəri ölkələrimiz arasındakı sıx münasibətlərin əlamətidir.
Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram.
Sizə və həmvətənlərinizə sülh, əmin-amanlıq və möhkəm cansağlığı diləyirəm".
Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən

Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Sosial mediada dəbdəbəli həyat tərzi və rəngarəng çıxışları ilə ta

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə

Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlaml�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ka

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın El

Kibertəhlükəsizlik üzrə mütəxəssislər və texnologiya şirkətləri tel

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova vəfat edib

Bu gün Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.

Xalq artisti Aygün Kazımova maraqlı etiraf edib.

Xalq artisti İlhamə Quliyeva haqqında materialı təqdim edirik.
